Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

Ölü sayı 300 mini keçir, vaksin bir ilə hazır ola bilər


Vatikanda dezinfeksiya işləri aparılır
Vatikanda dezinfeksiya işləri aparılır

Dünyada yeni koronovirusdan 302 min xəstə vəfat edib. Ölənlərin daha çox Avropa və Birləşmiş Ştatlardadır. Yoluxanların sayı isə 4,5 milyona yaxınlaşır. Statistikanı Johns Hopkins Universiteti aparır. coronavirus.jhu.edu/map.html

Bu arada dünya ölkələri iqtisadiyyatlarını təkrar açmağın yollarını axtarırlar. Qlobal təcrid tədbirləri onmilyonlarla insanı işsiz, nağd pulsuz qoyub. Bu səbəbdən hökumətlər ikinci dalğa riskinə baxmayaraq acılıma gedirlər.

Birləşmiş Ştatlarda 1,4 milyon təsdiqlənmiş yoluxma, 86 mindən çox ölüm halı qeydə alınıb. Bəzi ştatlarda yeni yoluxma, ölüm hallarıyla bağlı azacıq azalma qeydə alınsa da, son bir həftədə ölkədə günə 1500 civarında ölüm qeydə alınıb.

Qripdən 79 min amerikalı ölmüşdü

Pandemiyayla mübarizə məqsədilə yaradılmış ABŞ federal agentliyinin keçmiş direktoru Rick Bright mayın 14-də Konqresdə dinləmədə deyib ki, liderlər virusun yenidən baş qaldırmasını önləmək üçün qətiyyətli addım atmasalar, ölkə “müasir tarixin ən ağır qışını” yaşaya bilər.

Bright virusa qarşı vaksin və müalicənin tapılacağına inandığını desə də zaman açıqlamayıb. Amma konqresmenlərə xəbərdarlıq edib ki, koronavirusun ikinci dalğası pis qrup mövsümüylə üst-üstə düşsə, ölkə mümkün fəlakətə sürətlə hazırlaşmalıdır. O, 2017-ci ildə qripdən 79 min amerikalının öldüyünü vurğulayıb.

Bu həftə hökumətin yoluxucu xəstəliklər üzrə baş eksperti Anthony Fauci də xəbərdarlıq edirdi ki, iqtisadiyyatın açılımına tələsmək virusun yavaşıdılmasında əldə olunan uğura zərbə vura, daha çox ölümlə nəticələnə bilər.

Mayın 14-də açıqlanmış statistikaya görə, martın ortasında iqtisadiyyatın böyük hissəsi bağlanandan indiyədək 36 milyon nəfər işsizlik müavinəti üçün müraciət edib.

Çin və digər ölkələr

Virusun ötən dekabrda peyda olduğu Çində artıq bir aydır COVID-19-dan ölüm halının baş vermədiyi bildirilir. 1,3 milyard əhalisi olan ölkədə bu sahədə şəffaflıqla bağlı suallar yaranır.

Bir neçə həftəlik təcriddən sonra Çin artıq zavodları, kiçik biznesləri təkrar açmağa başlayır.

Latın Amerikasında isə Braziliya və Meksika virus ocağı sayılır. Braziliyada ölü sayı 14 min, yoluxma 203 mindir. Meksikada uyğun rəqəmlərin 42 min 595 yoluxma, 4 min 477 ölüm halı qeydə alınıb.

Avropada bir çox ölkələr də iqtisadiyyatı açır, yeni yoluxma, ölüm hallarında isə azalma trayektoriyası müşahidə olunur.

Bu arada Avropa Birliyinin dərman agentliyi bildirib ki, koronavirusa qarşı peyvənd bir ilin içində hazır ola bilər.

Avropa Dərman Agentliyinin (ADA) bioloji sağlıq təhdidləri və vaksin strategiyası üzrə başçısı Marco Cavaleri mayın 14-də video mətbuat konfransında deyib ki, “nikbin” ssenari halında koronavirus vaksini bir ilin içində təsdiqlənə bilər.

“Bilirik ki, yubanmalar ola bilər”, – deyə o, vaksinin sentyabradək hazır ola biləcəyilə bağlı şübhələrini bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG