Keçid linkləri

Təcili xəbərlər
2020, 07 Avqust, Cümə, Bakı vaxtı 13:56

Azərbaycanda 121 yeni yoluxma


1011 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son gündə Azərbaycanda 121 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə bugün, mayın 14-də Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb.

Məlumatda bildirilib ki, hazırkı dövrədək Azərbaycanda 2 min 879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib: "Onlardan 1833 nəfər müalicə olunaraq sağalıb, 35 nəfər vəfat edib, 1011 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 38 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir".

Qərargahdan vurğulandığına görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 214 min 291 test aparılıb.

Azərbaycanda koronavirusa ilk yoluxma halının aşkarlanması fevralın 28-də açıqlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib. Dünyada sürətlə yayılan bu virusa yoluxanlardan artıq 298 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib (martın 3-dən orta və ali məktəblərdə dərslər də dayandırılıb). Həmin ayın 24-dən (aprelin 20-nə kimi) xüsusi karantin rejimi elan edilib. (Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilmir). Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərlər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib icazə almalıdırlar. Karantin mayın 4-nə, sonra da həmin ayın 31-nə kimi uzadılıb. Amma əvvəlcə aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 4-dən də yumşalma və fəaliyyətinə icazə verilən sahələr genişlənib. Artıq Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin başqa yerlərində yaşayış yerini SMS icazəsi ilə tərk etmək qaydası götürülüb.

XS
SM
MD
LG