Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

İranda məscidlər Qədr gecələrində açıq olacaq


Tehranda məscid
Tehranda məscid

Mayın 12-dən İranda bütün məscidlər müvəqqəti olaraq yenidən açılacaq.

Məscidlərin yenidən açılmasıyla bağlı qərar Səhiyyə Nazirliyi ilə məsləhətləşmələr əsasında çıxarılıb. Xəbəri IRIB dövlət xəbər agentliyi İslam İnkişaf Təşkilatının direktoru Mohammad Qomi-yə istinadla yayıb.

Qomi deyib ki, məscidlər üç günlük Qədr gecələrinə görə açılır və neçə gün açıq qalacağı bəlli deyil.

İslam dininə görə, Ramazanın 18-dən 19-na keçən gecə birinci Qədr gecəsi qeyd olunur. Məhz Qədr gecələrinin birində “Quran”ın nazil olduğu hesab edilir. Bu gecəni “1000 aydan üstün” gecə adlandırırlar. Qədr gecəsinin konkret hansı gecə olduğu bəlli deyil. Bu gecələr xalq arasında "Əhya gecələri" kimi də tanınır

İranın bəzi hissələrində yoluxma sayında artım olmasına baxmayraq, məhdudiyyətlərin yumşaldılmasına başlanıb.

Tasnim xəbər agentliyinin mayın 10-da bildirməsinə görə, Xuzestan əyalətində bir rayon karantinə alınıb. Əyalət valisi həmin ərazidə yoluxma sayında kəskin artım müşahidə olunduğunu deyib.

Hökumət qadağaları tədricən qaldırır

Aprelin 11-dən İranda iqtisadiyyatın xilası üçün iş yerlərinin mərhələli açılışına başlanıb. Ötən həftə ölkə ABŞ sanksiyalarının və koronavirus pandemiyasının səbəb olduğu hiperinflyasiya ilə mübarizə məqsədilə valyutasını devalvasiya edib.

Mayın 11-nə olan məlumata görə, İranda koronavirusdan 6 min 685 nəfər dünyasını dəyişib, təsdiqlənmiş yoluxma halları isə 109 min 286-dır.

Prezident Hassan Rohani ötən həftə elan edib ki, virusun yayılma riski az hesab olunan 132 ərazi vahidində məscidlər açılqcaq. Bu, İrandakı ərazi vahidlərinin üçdə birinə bərabərdir.

Mayın 8-də İranın 180 şəhər və yaşayış məntəqəsində cümə ibadətləri keçirilib.

Rohani-nin mayın 10-da bildirməsinə görə, gələn həftədən məktəblər də açılmalıdır.

Şəhərlərarası səyahətlərə qadağa qaldırılıb, böyük ticarət mərkəzləri fəaliyyətini bərpa edib.

Mayın 11-də prezident sənaye, mədən və ticarət nazirini dəyişib. İndilik nazirliyə Hossein Modares Khiabani başçılıq edəcək. Reza Rahmani-nin vəzifədən niyə kənarlaşdırıldığı isə bəlli deyil.

Rohani Khiabani-ni avtomobillərin qiymətlərini sabitləşdirməyə, yerli istehsala əngəlləri qaldırmağa, qeyri-neft ixracını genişləndirməyə çağırıb.

Rahmani isə Rohani-yə məktubunda yazıb ki, onun işdən çıxarılmasına parlamentin ticarət nazirliyinin yaradılmasına razılaşmaması olub. Onun məktubunu Fars agentliyi dərc edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG