Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 09:27

Azərbaycanda koronavirusa 75 yeni yoluxma var


Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib.

Son gündə Azərbaycanda 75 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə mayın 8-də Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb.

Məlumatda yazılıb ki, hazırkı dövrədək Azərbaycanda 2 min 279 nəfərin koronavirus infeksiyasına yoluxması müəyyən edilib: "Onlardan 1576 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 675 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 39 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir".

Qərargahdan vurğulandığına görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 181 min 530 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib. Dünyada sürətlə yayılan bu virusa yoluxanlardan (hazırda 3 milyon 934 min 813 nəfər ) artıq 271 min 95 şəxsin vəfat etdiyi bildirilir. Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib.

Multimedia

XS
SM
MD
LG