Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Nasist Almaniyası üzərində qələbənin 75 illiyidir


Rusiyalı müharibə veteranı Valentin Barmin, arxiv fotosu
Rusiyalı müharibə veteranı Valentin Barmin, arxiv fotosu

Mayın 8-də Avropa ölkələri 2-ci Dünya müharibəsində nasist Almaniyası üzərində qələbənin 75-ci ildönümünü qeyd edirlər. Bu, qitənin koronovirus pandemiyası ilə mübarizə apardığı bir dönəmdə baş verir.

Artıq Avropada COVID-19-dan 146 mindən çox insan vəfat edib. Bu, Normandiya əməliyyatında iştirak etmiş Müttəfiq qüvvələrinin sayına bərabərdir.

Almaniyada Kansler Angela Merkel və Prezident Frank-Walter Steinmeier Berlində nasist cinayətlərinin qurbanlarının xatirə memorialına əklil qoyacaqlar.

Bu arada Almaniyada son həftələr koronavirusa yoluxma halları azalır, hökumət iqtisadiyyatı yenidən açır.

Britaniya, Fransa, Rusiya

Avropanın digər yerlərində Qələbə Günü tədbirləri təxirə salınıb, yaxud onlayn anım tədbirləri formasına keçib.

Kraliça II Yelizaveta televiziya ilə Britaniya xalqına müraciət edəcək. Ölkədə koronovirusdan 31 minədək insan dünyasını dəyişib. “Bank of England” bu il iqtisadiyyatın 14 faiz azalacağını proqnozlaşdırır. Baş nazir Boris Johnson mayın 10-da karantin qadağaları yüngülləşdirmək planlarını açıqlamalıdır.

Fransada COVID-19-dan 26 minə yaxın insan vəfat edib. Fransa Prezidenti Emmanuel Macron Parisdə ictimaiyyət üçün qapadılmış Zəfər Tağında (Arc de Triomphe) mərasimə qatılacaq.

Rusiya Moskvada böyük hərbi parad planlaşdırırdı, koronavirusa görə təxirə salındı. Hərbi texnikasını sərgiləməkdən məhrum olan Prezident Vladimir Putin Qırmızı Meydanda memorial önünə əklil qoyacaq.

Hazırda Rusiyada artıq bir neçə gündür gündəlik yoluxmalar 10 mini keçir.

Xəbərdarlıq

Avropanın bir çox yerlərində pandemiya azalan xətt üzrə getsə də, ekspertlər virusun ikinci dalğası barədə xəbərdarlıq edirlər.

BMT-nin humanitar məsələlər üzrə başçısı Mark Lowcock mayın 7-də deyib ki, dünyanın yoxsul ölkələrində pandemiya 3-6 ay ərzində pik həddə çatmayacaq.

O, hökumətləri, şirkətləri və milyarderləri yoxsul ölkələrə kömək üçün yığılmış 6,7 milyard dollarlıq fonda kömək etməyə çağırıb. Onu da deyib ki, məhdud sosial təhlükəsizlik şəbəkələri, kövrək səhiyyə sistemləri olan ölkələr “aclıq pandemiyası”, iğtişaşlar və münaqişəylə üzləşə bilərlər.

Mayın 8-də Birləşmiş Ştatlarda işsizliyin tarixi yüksək həddi açıqlana bilər. Əmək Departamenti aprel üçün aylıq hesabatını açıqlamalıdır. Bu, tam bir aylıq qadağalar dövründən sonra ilk belə hesabatdır.

Son 7 həftə ərzində 33 milyondan çox amerikalı işsizlik müavinəti üçün müraciət edib. Əmək Departamentinin hesabatında işsizliyin azı 16 faiz göstəriləcəyi gözlənir.

Prezident Donald Trump iqtisadiyyatı açmağa çağırır, bəzi ştatlar artıq qadağaları qaldırır, digərləri yoluxma, ölüm hallarında 14 günlük azalmanı gözləyir.

“Bu ölkə illər bağlı qala bilməz”, – Trump mayın 7-də deyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG