Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:28

Netanyahu hökuməti formalaşdıra biləcək


İsraildə Benjamin Netanyahu-ya qarşı etiraz aksiyası, 19 aprel, 2020-ci il
İsraildə Benjamin Netanyahu-ya qarşı etiraz aksiyası, 19 aprel, 2020-ci il

İsrail Ali Məhkəməsinin mayın 6-da çıxardığı qərara görə, Baş nazir Benjamin Netanyahu özünə qarşı cinayət ittihamları ola-ola hökuməti formalaşdıra bilər. Bu qərar Netanyahu-nun rəqibindən tərəfdaşına çevrilmiş Benny Gantz ilə koalisiya qurmasına yol açır.

Sağ qanad Likud partiyası lideri ilə Gantz-ın mərkəzçi Mavi və Ağ partiyası apreldə “fövqəladə” hökumətlə bağlı saziş imzalayıblar.

Ölkədə son bir ildən də az müddət ərzində üç dəfə seçki keçirilib, partiyalardan heç biri qətiyyətli qələbə qazana bilməyib. Hazırda isə dünyanın bir çox yerlərində olduğu kimi İsraildə də koronavirusla mübarizə aparılır.

Alternativ baş nazir postu təsis olunur

Sazişin opponentləri koalisiyanın qanuniliyini şübhə altına alıblar. Onların fikrincə, Netanyahu cinayət ittihamları ola-ola baş nazir postunda qala bilməz. Onlar yeni “alternativ baş nazir” postunun təsis olunmasına qarşı çıxaraq deyirdilər ki, bu postun korrupsiya mühakiməsi dövründə Netanyahu-ya faydası dəyəcək.

Sazişə görə, Netantahyu baş nazir olacaq, Gantz isə alternativ kimi hakimiyyəti paylaşacaq. 18 aydan sonra onlar bir-birini əvəzləyəcəklər.

Bu saziş Mavi və Ağ partiyasında fikir ayrılığı yaradıb, çünki partiya seçki kampaniyasını Netanyahu-nu baş nazir postundan uzaqlaşdırmaq üstündə qurmuşdu.

Ali Məhkəmənin yekdilliklə verdiyi qərarda deyilir ki, Netanyahu-nun başçılığı ilə “hökumətin formalaşdırılmasının qarşısını almağa heç bir hüquqi səbəb yoxdur”. Amma hakimlər onu da qeyd ediblər ki, “Netanyahu-ua qarşı ittihamların kəskinliyini azaltmağa” çalışmırlar. Onun məhkəməsi mayın 24-də başlanmalıdır.

İsrailin ən uzun müddətli baş naziri olmuş Netanyahu saxtakarlıq, etimadın pozulması, rüşvətxorluqda ittiham olunur. Özü isə ittihamları rədd edir.

Məhkəmənin qərarından sonra Likud və Mavi və Ağ partiyaları birgə bəyanat yayaraq yeni hökumətin mayın 13-də and içəcəyini bildiriblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG