Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 15:00

67 yeni yoluxma, iki ölüm


Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib.

Son gündə Azərbaycanda 67 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb və iki nəfər vəfat edib.

Bu barədə bugün, mayın 6-da Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb.

Məlumatda yazılıb ki, ölənlər koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxan 1958 və 1969-cu il təvəllüdlü şəxslərdir: "Hazırkı dövrədək ölkəmizdə 2127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1536 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 563 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir".

Qərargahdan vurğulandığına görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 169 min 790 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib. Dünyada sürətlə yayılan bu virusa yoluxanlardan (3 milyon 747 min 504 nəfər ) artıq 258 min 974 şəxsin vəfat etdiyi bildirilir. Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib.

Multimedia

XS
SM
MD
LG