Keçid linkləri

Təcili xəbərlər
2020, 12 İyul, bazar, Bakı vaxtı 23:13

Yunanıstan adalardakı miqrantları köçürür


Lesbos adasında miqrant

Yunanıstan Lesbos adasında pis şəraitilə ad çıxarmış düşərgədən yüzlərlə miqrantı köçürəcək. Məqsəd COVID-19 pandemiyası dövründə həddən artıq insanın bir yerdə qalmasını azaltmaqdır.

Avropa Birliyi və insan haqları qrupları Yunanıstan hökumətini koronavirusa yoluxma ehtimalı böyük miqrantları beş Egey adasındakı düşərgələrdən materik ərazisinə köçürməyə çağırırdı.

Yunanıstan rəsmiləri mayın 3-də 395-dək miqrantın Lesbosdakı Moria düşərgəsindən köçürüləcəyini deyirdi.

Martın 23-dən Yunanıstan hökuməti COVID-19-un yayılmasını yavaşıtmaq üçün karantin tədbirləri tətbiq edib.

O vaxtadək 600-dək miqrant materikə köçürülmüşdü. İndi isə adalardan 2 min 400-dək miqrantın köçürülməsi planlaşdırılır.

Yunanıstanın 5 adasında 37 minədək miqrant böyük sıxlıqlı, sanitariya şəraitinin pis olduğu düşərgələrdə qalır. Bu düşərgələr əslində 6 min 200 nəfər üçün hesablanıb.

Moria düşərgəsində tutumundan altı dəfə çox, 19 min 300-dək miqrant yaşayır.

Yunanıstanda koronavirusa 2 min 626 təsdiqlənmiş yoluxma, 144 ölüm halı qeydə alınıb. Bu, Avropanın digər ölkələri, qonşu Türkiyəylə müqayisədə azdır. Adalardakı düşərgələrdə yoluxma qeydə alınmasa da, yardım qrupları xəbərdarlıq edirlər ki, orada epidemiya sürətlə yayıla bilər.

XS
SM
MD
LG