Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:21

1 may tədbirləri sosial mediaya keçir


Rusiyada fəalları 1 mayı qeyd edir
Rusiyada fəalları 1 mayı qeyd edir

1 may Beynəlxalq Zəhmətkeşlər Günündə dünyada milyonlara insan böyük yürüşlərə çıxırdı. Bu ilsə koronovirus qadağaları bu tədbirlərə də təsirsiz ötüşməyib.

Bu bayram Avropa, Rusiya, Asiyanın bir neçə ölkəsində, Şimali Afrikada, Mərkəzi və Cənubi Amerikanın böyük hissəsində qeyd olunur. İndi isə böyük toplantılara qadağalar qoyulub, əhaliyə evdə oturmaq göstərişi verilib.

Avropada yürüşlər, Rusiyada həmkarlar ittifaqının təşkil etdiyi böyük parad təxirə salınıb.

Həmkarlar birlikləri tərəfdarlarını evlərini, eyvanlarını bayraqlarla bəzəməyə, zəhmətkeşlərə dəstək bildirmək üçün sosial media hesablarından istifadə etməyə çağırırlar.

Sosial media çağırışı

Britaniyanın Həmkarlar İttifaqları Konqresi ötən ay planlaşdırılan tədbirlərin təxirə salındığı bildirib, amma eyni zamanda qeyd edib ki, indi zəhmətkeşlərin töhfəsini qeyd etmək daha vacibdir, özəlliklə də ölkənin Milli Səhiyyə Xidmətinin virusla mübarizədə öz həyatlarını riskə atdıqları bir dönəmdə.

Təşkilat əhalini #mayday (may bayramı) və #ThankAWorker (zəhmətkeşə təşəkkürlər) haştaqları ilə sosial mediaya video yerləşdirməklə öz təşəkkürlərini bildirməyə çağırıb.

Danimarkanın ən böyük həmkarlar ittifaqı Facebook-da “Birlikdə güclüyük, amma hər kəs ayrı qalanda təhlükəsizdir” devizi ilə kampaniya başladıb. Mərakeş və Tunisdə də əhalini bayramı onlayn keçirməyə çağırıblar.

Fransa və Almaniya

Fransanın əmək hərəkatı isə qadağalara baxmayaraq fərqli nəsə etmək qərarına gəlib. İşçiləri evlərindən plakat və bayraq asmağa, yaxud bunu sosial mediada etməyə çağırıb. Məqsəd azmaaşlı işçilərin, özəlliklə səhiyyə sektorunda, supermarketlərdə, sanitariya xidmətlərində çalışanları diqqət mərkəzinə gətirməkdir.

Almaniyada qadağalar tədricən qaldırılır və təşkilatçılar Berlində ayrı-ayrılıqda etiraz aksiyalarına səsləyiblər. Onlar əhalini üzlərini şarf və maskalarla örtməyə, gecə atəşfəşanlığına görə küçələrə “axışmamağa” çağırıblar.

Romada ənənəvi May Günü konserti keçiriləcək, amma fiziki izləyicisiz. İtaliyanın ictimai televiziyasında canlı yayınlanacaq konsertdə bir sıra ulduzlar iştirak edəcək.

Yunanıstanın ən böyük həmkarlar ittifaqı üzvlərini 10 nəfərdən artıq insanın bir yerə yığışmaması qaydasına əməl etməyə çağırıb.

İndoneziyada isə polis qadağasına baxmayaraq, Cakartada yürüş keçiriləcəyi gözlənir.

Koronavirusun ilk dəfə dekabrda peyda olduğu Çində hökumət ticarəti və turizmi gücləndirmək məqsədilə dövlət bayramını iki gün uzadıb.

Çinli turistlər koronovirus qadağalarından sonra ilk böyük bayram günlərində səyahət endirimlərindən yararlana biləcəklər. Bir səyahət operatorunun hesablamasına görə, May Günü tətilə 90 milyon nəfər gedəcək ki, bu, keçən ildəkinin yarısından da azdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG