Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Khamenei-ni ələ salan karikaturaya görə həbs olundular


Ali Khamenei
Ali Khamenei

İranın yarırəsmi ILNA xəbər agentliyinin baş redaktoru və sosial media administratoru ötən həftə saxlanıb. Buna guya ölkə rəhbərliyini təhqir etmiş karikaturanın səbəb olduğu bildirilir.

Karikaturanın ILNA-nın Telegram kanalından dərhal silindiyi xəbər verilir.

ILNA-nın baş redaktoru Masoud Heydari zaminə buraxılıb, Telegram administratoru Hamid Haghjoo isə həbsdə qalır. Onlara ittiham irəli sürülüb-sürülmədiyi bəlli deyil.

Tehranın prokuroru Ali Alghasi Mehr aprelin 27-də bildirib ki, işlə bağlı təhqiqat başladılıb.

“Təhqiredici təsvir dərc olunandan dərhal sonra onun yığışdırılmasına göstəriş verilib”, – Alghasi Mehr İran mediasına deyib.

O, sözügedən şəxslərin aprelin 23-də axşam saxlandığını bildirib.

ILNA “sayğısız” karikaturayla əlaqəsi olmadığını deyib, opponentlərini agentliyin loqosunu saxtalaşdırmaqda, onu karikaturanın dərcində ittiham etməkdə suçlayıb.

Fotosunu paylaşdı, saxlandı

Karikaturada koronavirusa qarşı saxta müalicə üsulları – islam təbabəti adı altında dəvə sidiyi içmək, arxa dəliyə bənövşə yağı sürtmək kimi üsullar məsxərəyə qoyulurdu.

Təsvirdə ölkənin Ali dini lideri Ayətulla Ali Khamenei-nin belə metodları dəstəklədiyi iddia olunur, o, sakitliyə çağıran tibb işçisi kimi təsvir edilir.

İran koronavirus pandemiyasından ən çox ziyan çəkmiş ölkələr sırasındadır. İndiyədək ölkədə 91 mindən artıq təsdiqlənmiş yoluxma, 5 min 800-dən çox ölüm halı qeydı alındığı bildirilir. Amma tənqidçilər bu rəqəmlərin daha yüksək olduğunu düşünürlər.

Bir stəkan dəvə sidiyi içdiyi yerdə fotosunu paylaşan şəxs ötən həftə saxlanıb. Amma bu video sosial mediada geniş yayılıb, iranlıların çoxu ona rişxənd ediblər.

Nyu Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) bildirir ki, İran hakimiyyəti Heydari və Haghjoo barədə istintaqı dərhal dayandırmalı, onları azadlığa buraxmalıdır.

“Həbsxanaların COVID-19 virusu üçün münbit məkan sayıldığı bir vaxtda İran hakimiyyəti jurnalistləri guya karikatura paylaşmaq kimi xırda pozuntulara görə içəri atmamalıdır”, – CPJ-dən Sherif Mansour aprelin 27-də bəyanatında deyib.

İranda Khamenei-nin tənqid olunması qırmızı xətt hesab olunur.

İran liderləri vətəndaşları səhiyyə protokollarına, sosial məsafə qaydalarına əməl etməyə çağırırlar.

İran Sərhədsiz Reportyorlar Təşkilatının 2020-ci il Mətbuat Azadlığı İndeksində 170-ci yerdədir.

Son illər bir neçə jurnalist və karikaturaçı saxlanıb, təhlükəsizlik cinayətlərində ittiham olunublar. Belə ittihamlar adətən ziyalılar və dissidentlərə verilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG