Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Avqust, çərşənbə, Bakı vaxtı 17:19

Üç ayda 500-dən çox dinc əfqan öldürülüb


Kabildə daha bir partlayışdan sonra, 27 aprel, 2020-ci il

Bu ilin ilk 3 ayı ərzində Əfqanıstanda 500-dən artıq dinc sakin öldürülüb, onların 30 faizi uşaqlardır. 760 nəfər yaralanıb. BMT bunu aprelin 27-də yaydığı hesabatda bildirir. Qurum koronovirus pandemiyası dövründə dinc sakinləri daha yaxşı qorumağın vacibliyini vurğulayır.

Öldürülənlərdən 152-si, yaralılardan 265-i uşaqlardır. 60 qadın öldürülüb, 108 qadınsa yaralanıb. BMT-nin Əfqanıstanda Yardım Missiyasının hesabatı yanvarın 1-dən martın 31-dək olan müddəti əhatələyir.

Ölənlərin çoxu ötən ayın payına düşür. Halbuki hökumətlə Talibanın konflikti səngidəcəyinə ümidlər yaranmışdı.

İtkilərin 55 faizi üçün hökumətə qarşı çıxan qüvvələrin – Talibanın, İslam Dövləti qruplaşmasının, digər qrupların məsuliyyət daşıdığı bildirilir.

Amma uşaqlar arasında itkilərə daha çox hökumət qüvvələri və beynəlxalq əsgərlər səbəb olub, hesabatda deyilir.

Bu hesabat açıqlanmazdan bir gün öncə ABŞ-ın xüsusi elçisi Zalmay Khalilzad tvitlərində Talibanı koronovirus böhranı bitənədək “zorakılığı azaltmağa”, “hücum əməliyyatlarının hamısını dayandırmağa” çağırırdı.

Taliban Ramazan ayı ərzində atəşkəslə bağlı hökumətin təklifini rədd edib.

XS
SM
MD
LG