Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

Rusiya buğda ixracını dayandırır


Arxiv fotosu
Arxiv fotosu

Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi aprelin 26-da elan edib ki, iyulun 1-dək əksər taxıl məhsullarının ixracını dayandırır. Beynəlxalq təşkilatlar isə ölkələri COVID-19 pandemiyası dövründə qlobal ərzaq təchizatı zəncirini qırmamağa çağırırlar.

Nazirliyin bildirməsinə görə, ixracın dayanması buğda, qarğıdalı, çovdar, arpa, eləcə də buğda və çovdar qarışığına aiddir.

Məlumatda dünyanın 185 ölkə və regionunu əhatələyən koronovirus böhranı haqda bir söz deyilmir. Artıq dünyada virusa 3 milyon insan yoluxub.

Dünyanın ən böyük buğda ixracatçısı olan Rusiya Avrasiya İqtisadi Birliyinin üzvlərinə ixracı davam etdirəcəyini bildirir. Həmin ölkələr Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır.

Kvota “tam tükənib”

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Dünya Səhiyyə Təşkilatı (DST) və Dünya Ticarət Təşkilatı (DTT) martda birgə bəyanatlarında pandemiyanın ərzaq təchizatına potensial təsirini minimuma endirməyə çağırırdılar.

Britaniyanın Ətraf Mühit, Ərzaq və Kənd Məsələləri üzrə Dövlət katibi George Eustice aprelin 26-da bildirib ki, beynəlxalq ərzaq axınında “ciddi kəsinti” yoxdur. Amma o, Hindistandan ticarətin pozulmasıyla bağlı “ayrı-ayrı hallar”dan danışıb.

Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin aprelin 26-da verdiyi açıqlamaya görə, bu ayın əvvəlində bütün iyun ayı üçün müəyyən olunmuş kvota “tam tükənib”.

Moskva kvotanın milli təchizat və bazarın qorunması üçün təqdim olunduğunu bildirib.

İranın adı çəkilməyən rəsmisi aprelin 26-da deyib ki, Tehran 3 milyon ton buğdanın idxalına icazə verib.

Qazaxıstanda buğda və un təchizatıyla bağlı etirazlar olub və bu yaxınlarda buğda və un ixracı kvotalarının ləğv oluna biləcəyi bildirilib.

RIA Novosti-nin məlumatına görə, Rusiya 2018-19-cu illərdə 35 milyon ton buğda və 43 milyon ton dənli məhsullar ixrac edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG