Keçid linkləri

2025, 24 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:05

Ermənistanın küçələri qaraya bürünüb


Yerevan, 23 aprel, 2020-ci il
Yerevan, 23 aprel, 2020-ci il

Aprelin 23-də axşam saatlarında Ermənistan küçələrində işıqlar söndürülüb, kilsələrin zəngləri çalınıb. Koronavirus pandemiyası dövründə 1-ci Dünya müharibəsi zamanı Osmanlı imperiyasında çoxsaylı erməninin öldürülməsi belə anılıb.

Hər il Yerevanda 24 aprel qabağı məşəllə anım tədbiri keçirilirdi. Bu ilsə təxirə alınıb, Tsitsernakaberd Memorial Kompleksinə çıxış da bağlanıb.

Yerevanda sakinlərin evlərində də işıqları söndürdüyü xəbər verilir. Çoxları şam yandırıb, pəncərələrini mobil telefonlarının işığı ilə işıqlandırıb.

“Erməni genosidinin 105-ci ildönümü pandemiyanın bizi məruz qoyduğu protokola uyğun keçirilir”, – Prezident Armen Sarkisian bəyanatında deyib.

Aprelin 24-də Baş nazir Nikol Pashinian və Ermənistan kilsəsinin başçısı, Katolikos II Garegin Yerevandakı kompleksə gül dəstələri düzəcəklər.

Ötən ay Ermənistanda koronavirus pandemiyasına görə fövqəladə vəziyyət elan olunub. Hökumət 1401 nəfərin yoluxduğunu, 24 nəfərin öldüyünü bildirir.

Bəzi tarixçilər deyirlər ki, 1-ci Dünya Müharibəsi zamanı və ondan dərhal sonra Türkiyədə 1,5 milyon erməni öldürülüb, yaxud deportasiya olunub. Ermənistan bunu genosid sayır, bəzi ölkələr də soyqırım kimi tanıyıb.

Osmanlı İmperiyasının varisi olan Türkiyə isə genosid sözünün işlənməsinə qarşı çıxır, həmin qətlləri “1915-ci il hadisələri” adlandırır. Ankara 500 minədək erməninin vətəndaş müharibəsi, xəstəlik və aclıqdan qırıldığını, bunun planlaşdırılmış soyqırım olmadığını deyir. Türkiyə həmin hadisələr zamanı Anadoluda yüzminlərlə müsəlmanın da öldürüldüyünü bildirir.

XS
SM
MD
LG