Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:32

Pandemiya həm də 'insan haqları böhranıdır'


Almatı, 14 aprel, 2020-ci il
Almatı, 14 aprel, 2020-ci il

BMT koronavirus pandemiyasının “sürətlə” insan haqları böhranına çevrildiyi haqda xəbərdarlıq edib. Belə ki, hökumətlər məhdudlaşdırıcı tədbirlərə əl atır, pandemiyanın sosial-iqtisadi təsirini yüngülləşdirmək üçün yüzmilyardlarla dollarlıq yardımı ələ keçirməyə çalışırlar.

BMT-nin Baş katibi Antonio Guterres aprelin 23-də videomesajında xəbərdarlıq edib ki, COVID-19-la mübarizə üçün dövlət xidmətlərinin göstərilməsində ayrıseçkilik, həmin “xidmətlərə çıxışı əngəlləyən struktur bərabərsizlikləri” ortaya çıxır.

Guterres deyib ki, pandemiya ilə yanaşı “nifrət çıxışı artır, həssas qruplar hədəfə alınır, sərt təhlükəsizlik tədbirləri riski yaranır”.

Heç bir ölkə, yaxud partiyanın adını çəkməyən Guterres deyib ki, böhran dövründə bəzi ölkələrdə etno-millətçilik, populizm, avtoritarizm, insan haqlarına qarşı tədbirlər güclənir və bütün bunlar pandemiyadan kənar məqsədlərlə repressiv tədbirlərin görülməsinə bəhanə verə bilər.

Bir çox ölkələr pandemiyadan dolayı fövqəladə vəziyyət elan edib. Guterres xəbərdarlıq edib ki, istənilən fövqəladə tədbir “leqal, mütənasib, lazımlı olmalı, ayrı-seçkilik yaratmamalıdır”.

“Mesaj aydındır: Adamlar və onların hüquqları öndə və mərkəzdə dayanmalıdır”, – BMT rəhbəri vurğulayıb.

Aprelin 23-də AB liderləri bir araya gələrək nəhəng birgə maliyyə planını müzakirə etməlidirlər. Təxminən 2 trilyon avro vəsaitin pandemiyanın səbəb olduğu görünməmiş iqtisadi azalmaya mübarizəyə sərf olunacağı gözlənir.

***

“Pandemiya ilə savaşın, amma vətəndaşların hüquqlarına hörmət edin”

Orta Asiyada hökumətlər koronovirus pandemiyasına qarşı tədbirlər zamanı öz vətəndaşlarının hüquqlarına hörmətlə yanaşmırlar. Bunu Human Rights Watch (HRW) insan haqları təşkilatı aprelin 23-də yaydığı bəyanatında deyir.

Hazırda dünyada koronavirusa 2,6 milyondan çox insan yoluxub, onlardan 183 mindən artığı dünyasını dəyişib. Hökumətlər yeni respirator xəstəliyin yayılmasını önləməkdən ötrü müxtəlif qadağalara əl atıblar.

Radionun prezidenti məktub yazıb

Qazaxıstan, Qırğızıstan və Özbəkistanda məmurlar pandemiyanın yayılmasını məhdudlaşdırmaq üçün “vacib addımlar” atıblar, amma eyni zamanda jurnalistləri, səhiyyə işçilərini, fəalları hədəfə alan qadağalar tətbiq ediblər, təşkilat bildirir. Bəyanatda karantin tədbirlərinin bəzən “qanunsuz və qeyri-mütənasib şəkildə” həyata keçirildiyi bildirilir.

“Orta Asiyadakı bütün hökumətləri öz vətəndaşlarının COVID-19 haqda dəqiq informasiya almaq kimi sağlamlıq hüququnu qorumaq öhdəliyi var”, – HRW-nın Avropa və Orta Asiya direktoru Hugh Williamson deyib.

“Fövqəladə tədbirlər görüləndə insan haqlarına hörmətlə yanaşılmalıdır... Onlar qadağalardan ictimaiyyəti məlumatlandırmağa çalışan jurnalistləri, səhiyyə işçilərini, digərlərini cəzalandırmaq üçün istifadə etməməlidirlər”, – o, sözlərinə əlavə edib.

HRW bildirir ki, Türkmənistan və Tacikistan hakimiyyəti hələ öz ölkələrində COVID-19-a yoluxma hallarını təsdiqləməlidirlər, “virusun ölkəyə təsirindən danışan tibb işçilərini, digərlərini susdurmağa çalışırlar”.

Bəyanata görə, Tacikistanda durum o həddə çatıb ki, AzadAvropa/AzadlıqRadiosunun Prezidenti Jamie Fly ölkə rəhbərliyinə məktub göndərərək Səhiyyə Nazirliyi və digər qurumların koronovirusla bağlı sualları cavablandırmadığını yazıb.

Rəsmi rəqəmlər

Aprelin 23-nə olan məlumata görə, Qazaxıstanda koronavirusa 2 min 207 nəfər yoluxub, 20 nəfər vəfat edib.

Özbəkistanda 1716 yoluxma, 7 ölüm, Qırğızıstanda 631 yoluxma, 8 ölüm qeydə alınıb.

İranda virusun yayılmasını önləmək məqsədilə məscid və məbədlər bağlanıb.

Prezidenti Hassan Rohani bəzi məkanların mayın 4-də açıla biləcəyini deyib. Amma Ali dini lider Ayətulla Ali Khameni müqəddəs Ramazan ayı ərzində kütləvi toplantılara qadağanın qalacağını bildirib.

İndiyədək İranda koronovirusdan 86 min yoluxma, 5 min 400 ölüm qeydə alındığı bildirilir. Amma tənqidçilər real rəqəmlərin qat-qat yüksək ola biləcəyini deyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG