Keçid linkləri

Təcili xəbərlər
2020, 11 İyul, şənbə, Bakı vaxtı 04:29

AXCP fəalların həbs olunduğunu bildirir


Əli Kərimlinin rabitəsi niyə kəsilib?
Gözlə

No media source currently available

0:00 0:01:46 0:00

Əli Kərimlinin rabitəsi niyə kəsilib?

Aprelin 22-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvlərindən Əvəz Əhmədovun Xəzər Rayon Məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbs cəzası aldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat veriblər.Partiyadan qeyd edildiyinə görə, onların başqa bir üzvü Arif Babayev isə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub:

“Əvəz Əhmədov İnzibati Xətalar Məcəlləsinin (İXM) 510.1-ci maddəsi (Xırda xuliqanlıq) , Arif Babayev isə İXM-nin 388-1.1-ci (İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ) maddəsinin pozulmasında təqsirli biliniblər”.

Partiyadan qeyd ediblər ki, hər iki qərar əsassızdır. Bu açıqlamaya, hələlik, sözü gedən məhkəmələrdən münasibət almaq mümkün olmayıb.

***

Bundan əvvəl cerilən xəbərdə bugün, aprelin 22-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Suraxanı rayon şöbəsinin fəalı Arif Babayevi polisin saxladığı bildirilirdi. Bu barədə AzadlıqRadiosuna partiyadan məlumat verilib.

Məlumata görə, fəalı yaşadığı evindən iki mülkigeyimli şəxs Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinə aparıb: "Arif Babayevə saxlanmasının səbəbi deyilməyib. O, artıq Suraxanı Rayon Məhkəməsinə aparılıb".

Partiyadan açıqlamaya görə, aprelin 22-də daha bir fəalları saxlanaraq naməlum istiqamətə aparılıb: "AXCP-nın Xəzər şöbəsinin üzvü Əvəz Əhmədov günortaya yaxın saatlarda iş yerinin yaxınlığından iki nəfər mülkigeyimli şəxslər tərəfindən maşına mindirilərək naməlum istiqamətə aparılıb. Onun harada olması barədə hələ də məlumat yoxdur".

Partiyadan vurğulandığına görə, baş verənlər son günlər ərzində AXCP-yə artan təzyiqlərin tərkib hissəsidir. Onlar son günlər bir neçə cəbhəçinin müxtəlif ittihamlarla inzibati qaydada həbs edilməsini siyasi sifariş sayırlar.

Daxili İşlər Nazirliyi isə insanların siyasi mənsubiyyətlərinə görə basqılara məruz qalması ilə bağlı deyilənləri əsassız sayır.

Amma nazirlikdən konkret A.Babayev və Ə.Əhmədovun saxlanması ilə bağlı deyilənlərə, hələlik, münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG