Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:21

Cəbhəçilərin şikayəti təmin edilməyib


Əli Kərimlinin daha bir mühafizəçisi saxlandı
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

Əli Kərimlinin daha bir mühafizəçisi saxlandı

Aprelin 21-də Bakı Apellyasiya Məhkəməsi hakim Habil Məmmədovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları Faiq ƏmirliRuslan Əmirovun inzibati həbslərindən verilən şikayətləri təmin etməyib. F.Əmirli AXCP sədri Əli Kərimlinin köməkçisi və "Azadlıq" qəzetinin maliyyə direktoru, R.Əmirov isə sədrin ictimai əsaslarla mühafizəçisidir.

AXCP-nin məlumatına görə, inzibati həbs olunanlar məhkəmə iclasına gətirilməyib. Şikayəti vermiş vəkillər Bəhruz Bayramov (R.Əmirovun vəkili) və Fəxrəddin Mehdiyev (F.Əmirlinin vəkili) məhkəmə iclasında iştirak edib, apellyasiya şikayətini müdafiə etməyə səy göstəriblər.

F.Əmirlinin aprelin 8-də yaşadığı evin həyətində saxlandığı deyilir. Barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin rejimin pozulması) maddəsi ilə protokol tərtib olunub. Aprelin 9-da Səbail Rayon Məhkəməsi onun barəsində 30 sutka inzibati həbs qərarı verib.

R.Əmirovun isə aprelin 9-da azyaşlı övladını həkimə apararkən (SMS icazəsi olduğu deyilir) saxlandığı və həmin gün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 30 sutka inzibati qaydada həbsə məhkum edildiyi açıqlanıb.

AXCP hər iki fəalın həbsini siyasi sifariş hesab edir.

Daxili İşlər Nazirliyi isə bildirib ki, karantin qaydalarının tətbiqi zamanı ayrıseçkiliyə yol verilmir. Nazirlikdən vurğulandığına görə, karantin rejimindən müxaliflərə qarşı istifadə edilməsi haqqında iddialar dezinformasiyadır.

Belə iddialara sözügedən məhkəmələrdən isə, hələlik, münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2019-cu ilin sonlarına doğru Çində baş qaldıran yeni koronavirusla bağlı Azərbaycanda da martin 24-dən xüsusi karantin rejimi elan edilib.

Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilərlər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər. Ölkədə karantin rejimi mayın 4-nə qədər davam etməlidir. Artıq dünyada bu virusa yoluxanlardan 177 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə virusa yoluxanlardan (1480) 20 nəfərin öldüyü açıqlanıb.

Multimedia

XS
SM
MD
LG