Keçid linkləri

Təcili xəbərlər
2020, 15 İyul, çərşənbə, Bakı vaxtı 10:28

Daxili işlər nazirinin qətlini planlaşdırmaqda şübhəli bilinir


Valeriy Shaytanov saxlanarkən

Ukraynanın təhlükəsizlik rəsmisi Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əməkdaşlıqda və Ukrayna Daxili işlər naziri Arsen Avakovun qətlini planlaşdırmaqda şübhəli bilinir.

Bu haqda Avakovun müavini Anton Herashchenko aprelin 16-da axşam televiziya müsahibəsində danışıb. Onun sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) general mayoru Valeriy Shaytanov Avakovu və Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçılara qarşı savaşmış çeçen könüllülərin lideri Adam Osmayevi öldürməyi planlaşdırmaqda şübhəli bilinir.

SBU dünən Shaytanov-la birlikdə FSB ilə əməkdaşlıqda şübhəli bilinən daha bir keçmiş məmuru saxladığını bildirmişdi.

Shaytanov aprelin 14-də vətənə xəyanət və terrorçuluqda şübhəli bilinərək saxlanıb.

Bir gün sonra isə FSB ilhaq etdiyi Krım regionunda Ukrayna üçün casusluq etdiyi iddia olunan rusiyalı hərbçi və bir ukraynalının saxladığın açıqlayıb.

Rusiya 2014-cü ildə Krımı ilhaq edib. O vaxtdan Ukraynanın şərqində Moskvanın dəstəklədiyi separatçılarla münaqişədə 13 min 200-dək insan həyatını itirib.

XS
SM
MD
LG