Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:48

Gürcülər Pasxa gecəsini kilsədə keçirə biləcəklər


Tbilisidə Palma Bazar günü, 12 aprel, 2020-ci il
Tbilisidə Palma Bazar günü, 12 aprel, 2020-ci il

Gürcüstan Pravoslav Kilsəsi və hökumət bu həftəsonu kilsədə Pasxa gecəsi keçirməklə bağlı razılaşma əldə edib.

Aprelin 15-də açıqlanmış razılaşmaya görə, dindarlar komendant saatı və koronovirusla bağlı digər qadağalara baxmayaraq kilsəyə gedə biləcəklər. Amma onların ibadəti böyük kilsələrdə, 2 metrlik məsafəni gözləməklə həyata keçirməsi tələb olunur. Kiçik kilsələrə gedənlər isə kilsə binasının həyətində qalmalı olacaqlar.

Razılaşmada deyilir ki, kilsə ibadəti üçün aprelin 18-də axşam 9-dan tez gəlmək və ertəsi gün səhər 6-dan sonra kilsədən çıxmaq lazımdır.

“Kilsəylə birgə qərar verdik, qanun pozulmayacaq və kilsələr Pasxa bayramı günündə bağlı olacaq”, – hökumətin sözçüsü Irakli Chikovani deyib.

Bu razılaşma hökumət rəsmiləri, baş nazir və patriarxlıq arasında iki günlük məsləhətləşmələrdən sonra əldə olunub.

Pasxa ərəfəsində polis əməkdaşları kilsələrin ətrafında keşik çəkəcək, ictimai sağlamlıqla bağlı qaydalara ciddi əməl olunmasına nəzarət edəcək.

Xəbərdarlıq

Gürcüstan Pravoslav Kilsəsinin sözçüsü Andria Jagmaidze-nin sözlərinə görə, kilsə ənənəvi Pasxa ibadətlərinin təxirə salınmaması üçün gərəkən profilaktik tədbirləri görür, eyni zamanda bütün ictimai səhiyyə tövsiyələrinə əməl olunur. O, kilsəyə gedənlərə müqəddəs çörəyin paylanması üçün istifadə olunan ümumi qaşıq, həmçinin şərabla bağlı bir söz deməyib.

Bu arada Gürcüstanın bir səhiyyə rəsmisi xəbərdarlıq edib ki, Pasxa ibadətindən sonra ölkədə koronavirus pandemiyası İtaliyadakı kimi vüsət ala bilər.

İtaliyada indiyədək virusdan 21 mindən çox ölən olub.

Aprelin 13-də Vatikanda və dünyadakı digər katolik kilsələrində pandemiya səbəbindən Pasxa ibadətləri təxirə salınıb.

Hazırda dünyada koronavirusa 2 milyon nəfərin yoluxduğu, onlardan 137 mindən çoxunun vəfat etdiyi bildirilir.

Gürcüstandakı qadağalara 3 nəfərdən artıq adamın bir yerə yığışmaması, komendant saatı və xüsusi icazəsi olmayanların evdə qalması daxildir.

İndiyədək bu ölkədə COVID-19-dan 306 yoluxma və üç ölüm halı qeydə alınıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG