Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:58

İranda virus qurbanlarının sayı rəsmi rəqəmlərdən ‘iki dəfə çoxdur’


İranda maska fabriki açılıb, 14 aprel, 2020-ci il
İranda maska fabriki açılıb, 14 aprel, 2020-ci il

İranda koronovirus pandemiyasından ölü sayı rəsmi açıqlanan rəqəmlərdən iki dəfəyə yaxın çox ola bilər. Bunun bir səbəbi sayın düzgün göstərilməməsi olsa da, digər səbəbi heç də nəfəs problemi olan hər bir kəsin virus testindən keçməməsidir. “The Associated Press” agentliyi bunu İran parlamentinin hesabatına əsasən yazır.

İkinci dalğa gələ bilərmi

Ölkənin səhiyyə rəsmiləri hələlik, hesabata şərh verməyiblər. Bu, islam respublikası hökumətinin statistikasına indiyədək ən yüksək səviyyədə verilmiş reaksiyadır və uzun müddət idi beynəlxalq ekspertlər bu məsələdən şübhələnirdilər. Çərşənbə günü açıqlanmış rəqəmlərə görə, İranda koronavirusa 76 min 389 təsdiqlənmiş yoluxma halı qeydə alınıb, onlardan 4 min 777 nəfəri vəfat edib.

Hesabat aprelin 13-də açıqlanıb. Bu arada İran Prezidenti Hassan Rouhani ölkə iqtisadiyyatını tədricən təkrar açmağa çalışır. İqtisadiyyat onsuz da ABŞ-ın sanksiyalarından böyük ziyan görüb. Əgər həqiqətən də Dünya Səhiyyə Təşkilatıma (DST) ötürülən rəqəmlər yanlışdırsa, bu, iş yerlərinin açılmasının yoluxmaların ikinci dalğasına səbəb olacağı əndişələrini gücləndirir.

“Protokol və aparılan statistika arasında daha böyük uyğunluqdan ötrü ölkənin laboratoriya və test qabiliyyətini artırmaq lazımdır”, – hesabatda vurğulanır.

46 səhifəlik hesabatı İran parlamentinin araşdırma mərkəzi hazırlayıb, onlayn yayılıb. Hesabatın ölkədə heç bir partiya üzvü olmayan ekspertlər tərəfindən yazıldığı bildirilir.

İranda sərt xətt tərəfdarları Rouhani və administrasiyasının pandemiyaya reaksiyasını tənqid edirlər. Prezidentin 2015-ci ildə imzaladığı nüvə sazişin iflasından dolayı onsuz da mövqeyi yaxşı deyildi. Prezident Donald Trump 2018-ci ildə ABŞ-ın sazişdən çıxdığını elan edib və Tehrana sanksiyalar bərpa olunub.

Evlərində ölənlər nəzərə alınmır

Hesabatda deyilir ki, Səhiyyə Nazirliyinin rəqəmləri yalnız xəstəxanada ölənləri və test nəticələri pozitiv çıxanları əhatələyir. Evlərində vəfat edən koronovirus qurbanları isə gözardı olunur. Ekspertlər İranda kütləvi testlərin aparılmadığını vurğulayır. Sənəddə bildirilir ki, real ölü sayı indiyədək açıqlanan rəqəmlərdən 80 faiz, yaxud iki dəfəyədək daha çox ola bilər.

Yoluxanların sayına gəlincə, real yoluxma sayının “səkkiz-on dəfə” daha artıq ola biləcəyi vurğulanır.

Agentlik yazır ki, əgər hesabatda yazılanlar doğrudursa, İranda koronovirus qurbanlarının sayı 8 min 500, yoluxma sayı 760 min nəfər ola bilər.

Qeyd edək ki, hazırda Birləşmiş Ştatlarda 600 mindən çox təsdiqlənmiş yoluxmanın olduğu bildirilir. Ekspertlər bu sayın da daha artıq ola biləcəyini deyirlər.

Ötən həftə müqəddəs Məşhəd şəhərindən deputat Reza Şiran deyirdi ki, “ölü sayı düzgün hesablanmayıb”. Onun iddiasına görə, rəsmi hesabatlarda “kəskin respirator sindrom”dan ölənlərdən söz açılır.

Səhiyyə nazirinin müavini Ali Reza Raisi çərşənbə günü etiraf edib ki, İranın test aparmaq sahəsində üzləşdiyi “limit” onun yoluxanların dəqiq sayına malik olmadığı deməkdir.

İran islam respublikasının qurucusu Ayətulla Ruhollah Khomeini-nin ölümünün ildönümü tədbirlərini də təxirə salıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG