Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:54

Pandemiya ərzaq qıtlığı yaradacaqmı


Polşada yük maşını ərzaq yardımı ilə doldurulur, 8 aprel, 2020-ci il il

AzadAvropa/AzadlıqRadiosu (RFE/RL) koronovirus pandemiyasının dünyada ərzaq təchizatına necə təsir göstərəcəyini araşdırıb.

Məqalədə deyilir ki, əgər kənd yerində yaşayırsızsa, hava pis keçmirsə, bəzi məhsulları həyətyanı sahənizdə əkib becərə bilərsiniz Amma dünya əhalisinin yarıdan çoxu şəhərdə yaşadığından onlar qlobal ərzaq təchizatı zəncirindən asılıdır.

Görəsən, yaxın aylarda qlobal ərzaq qıtlığı gözlənirmi?

“Pandemiya qlobal ərzaq təchizatında nəhəng pozuntulara səbəb olacaq”, – Belfastdakı Kraliça Universitetinin professoru Chris Elliot Twitter-də yazıb.

Ekspertlərin bildirməsinə görə, mart-aprel ayları üçün nəzərdə tutulmuş 400 min tona yaxın qeyri-basmati və 100 min ton basmati düyüsü karantin səbəbindən limanlarda, yaxud kəmərlərdə ilişib qalıb.

Artıq martın ortalarından bir çox ölkələrdə pandemiya güclənirdi. Bəzi yerlərdə alıcılar çaxnaşma içində supermarket rəflərini boşaldır, evlərini ərzaq, vacib istehlak məhsulları ilə doldururdular.

Aprelin əvvəlində BMT agentliyi olan Dünya Ərzaq Proqramı gərgin istehlakçıları sakitləşdirməyə çalışdı.

“Qlobal dənli məhsullar bazarları çox yaxşı təchiz olunub və qiymətlər də ümumi götürəndə aşağıdır”, – proqram aprelin 3-də yaydığı hesabatında bildirirdi.

Sözçü Elizabeth Byrs bildirirdi ki, böyük idxalçılar əsas ərzaq məhsullarının etibarlı təminatına inamı itirsələr, “ərzaq təchizatı zəncirlərində pozuntuları gözləyə bilərik”.

Məqalədə deyilir ki, əhalisi əsasən şəhər və şəhərətrafında cəmləşən böyük sənaye ölkələrinin ərzaq təchizatı zəncirləri daha uzun, daha mürəkkəb və bu səbəbdən də daha həssas görünür.

Daha az sənayeləşmiş, kənd yerlərinin, kənd təsərrüfatının üstünlük təşkil etdiyi ölkələrdə isə təchizat zəncirləri daha qısa və daha sadədir. Əgər həyətinizdə toyuqdan, inəkdən yumurta, süd ala bilməsəz, qonşu kənddəki fermerdən əldə etmək mümkündür.

Qorxu faktoru

Son hadisələrdə qorxu faktoru da rol oynadı. Məsələn, Moskvada mağazalardan qarabaşaq yoxa çıxdı. Sonucda bəzi ölkələr ixracı azaltdılar ki, öz vətəndaşlarını təmin edə bilsinlər.

Məsələn, düyü ixracatçıları olan Vyetnam, Hindistan ixracı dayandırıb. Dünyada ən böyük buğda ixracatçılarından olan Qazaxıstan sözügedən məhsulun ixracını məhdudlaşdırıb. Bu da bəzi ölkələrdə bahalaşma yaradıb. Son həftələr Bostonda yumurtanın qiymət üç dəfə qalxıb.

Bu arada dünyada məhsul yığımı da stress altındadır. Sahələrdə işləyənlər qoruyucu geyim əldə etməyə çalışırlar. Fəhlələr səyahət qadağaları ucbatından məhsul yığmağa gedə bilmirlər.

“Fermer işçi qüvvəsinin sağlamlığı və işçi qüvvəsinin çatımlılığı istehsal qarşısında duran ən böyük problemlərdəndir”, – “Fitch Solutions” risk təhlil qrupu martın 25-də hesabatında bildirirdi.

Ekspertlərin proqnozlarına görə, gec ya tez, koronovirus yoluxmaları azalacaq, hökumətlər qadağaları məhdudlaşdıracaq və təchizat zənciri normal axınına dönəcək. Onda da əhali evinə qalaq-qalaq yığdığı məhsullarla neyləmək problemi ilə üzləşəcək.

“İşlər normala dönəndə, istehlakçıların evlərində çoxlu konservləşdirilmiş şorba, tualet kağızı olacaq və sadəcə, almağa ehtiyacları qalmayacaq”, – Cons Hopkins Universitetində Carey Biznes Məktəbinin əməliyyatların idarəolunması üzrə eksperti Goker Aydin deyir.

XS
SM
MD
LG