Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 08:52

Separatçılar Dağlıq Qarabağda ‘seçkinin ikinci turunu’ keçirir


Xankəndidə seçki məntəqəsi, 31 mart, 2020-ci il

Azərbaycanın Dağlıq Qarabağ regionunda separatçılar özlərinə lider seçmək üçün “seçkinin ikinci turu”nu keçirir.

Martın 31-də “birinci turda” varlı biznesmen və keçmiş baş nazir Ara Harutyunian səslərin 49, Masis Mayilian isə 26,4 faizini yığmışdı.

Aprelin 12-də regiondakı separatçı rejim fövqəladə vəziyyət elan etsə də, seçkini təxirə salmayıb.

Koronavirus pandemiyasına görə seçkini beynəlxalq müşahidəçilər müşahidə eləmir.

Dağlıq Qarabağ Ermənistanın dəstəklədiyi separatçılar tərəfindən ələ keçirilib, regionun müstəqilliyi elan olunub. 1988-1994-cü illər ərzində münaqişədə azı 30 min insan öldürülüb, yüzminlərlə məcburi köçkün yaranıb.

1994-cü ildə Rusiyanın vasitəçiliyi ilə atəşkəs elan olunub. Amma mütəmadi olaraq atəşkəsin pozulması qeydə alınır.

Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupu məşğul olur. Qrupun həmsədrləri Rusiya, Birləşmiş Ştatlar və Fransadır.

“Seçkinin birinci turundan” sonra Avropa Birliyi bəyanat yayaraq Qarabağın de-fakto liderlərinə onları tanımadığını xatırladıb, bu addımın münaqişənin həlli üzrə beynəlxalq danışıqları əngəlləyəcəyini bildirib.

ATƏT-in Minsk qrupu da bəyanatında heç bir ölkənin “Dağlıq Qarabağı müstəqil və suveren ölkə” kimi tanımadığını bildirib.

XS
SM
MD
LG