Keçid linkləri

Təcili xəbərlər
2020, 07 İyul, çərşənbə axşamı, Bakı vaxtı 01:39

Azərbaycanda koronavirusa yoluxmada son vəziyyət açıqlandı


Koronavirusdan sağalan Elvin Əliyev başına gələnləri danışır
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00

Koronavirusdan sağalan Elvin Əliyev başına gələnləri danışır

Azərbaycanda koronavirus infeksiyasına 50 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib, 39 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə bugün, aprelin 13-də Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb.

Məlumatda yazılıb ki, koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxmış 1955-ci il təvəllüdlü vətəndaş vəfat edib: "Hazırkı dövrədək ölkəmizdə 1148 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 289 nəfəri müalicə olunaraq sağalıb, 12 nəfər vəfat edib, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 30 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir".

Qərargahdan vurğulanıb ki, müxtəlif karantin zonalarına yerləşdirilən 2373 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Bundan əvvəlki son iki gündə Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı açıqlanan rəsmi rəqəmlərdə azalma var idi. Aprelin 12-də Operativ qərargahın məlumatında son sutka ərzində bu virusa 40 yeni yoluxma faktının qeydə alındığı, 50 nəfərin də sağaldığı bildirilirdi.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 115 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Artıq bir neçə aydır dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür.

Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən də ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.

XS
SM
MD
LG