Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:38

Koronaviruslu xəstələri təhqir etməyə görə 4 min dollaradək cərimə


Özbəkistanda koronaviruslu xəstələrə baxan həkimlər
Özbəkistanda koronaviruslu xəstələrə baxan həkimlər

Özbəkistanda COVID-19 xəstəliyi tapılmış, yaxud karantində olanları təhqir etməyə görə cinayət məsuliyyəti müəyyənləşdirilib. Bu haqda AzadlıqRadiosunun Özbəkistan xidməti Nazirlər Kabineti yayında Operativ Qərargahın Telegram kanalına istinadla xəbər verir.

Sözügedən xəstələrin şərəf və ləyaqətinin təhqir olunması, eləcə də onların şəxsi həyatı haqda informasiya yaymağa görə 9 milyon som (930 dollar) həcmində administrativ cərimə gözlənir.

Təkrar pozuntuya görə 22,3 milyon som (2330 dollar) cərimə, yaxud 300 saatlıq icbari iş, iki ilədək islah işi nəzərdə tutulub.

Əgər koronoviruslu xəstələrin şəxsi həyatı haqda informasiyanın qanunsuz yayılması ciddi fəsadlar veribsə, bu halda qanunu pozucuları 44,6 milyon som (4660 dollar) cərimələnə, yaxud 360 saatlıq icbari işə məhkum edilə bilərlər. Üç ilədək azadlığın məhdudlaşdırılması, yaxud azadlıqdan məhrumetmə də nəzərdə tutulub.

Bu yaxınlarda Özbəkistanda dördüncü xəstə koronovirusdan dünyasını dəyişib. Səhiyyə Nazirliyinin məlumatına görə, o, Fərqanə vilayətinin 59 yaşlı sakini olub, martda Səudiyyə Ərəbistanına kiçik həcc ziyarətindən qayıdıb. Son 12 gündə o, süni nəfəs aparatına qoşulubmuş

Nazirlik ölkədə 767 nəfərin koronavirusa yoluxduğunu, onlardan 66-nın sağaldığını, hazırda reabilitasiya kursu keçdiklərini qeyd edir.

XS
SM
MD
LG