Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:33

Pasxa gəzintilərini belə önləyirlər


Nyu Yorkda Müqəddəs Patrik Kilsəsində Pasxa mərasimi

Aprelin 13-də Avropanın bir sıra ölkələrində Pasxa bayramı gəzintilərini önləmək üçün qadağalardan istifadə olunub. Yollar bağlanıb, cərimələr tətbiq olunub, digər taktikaya əl atılıb.

Aprelin 12-də dünyada 1,3 milyard katolik pasxa bazarını qeyd edib. Bu, koronavirus pandemiyasına görə karantin tədbirlərinin qüvvədə olduğu bir dönəmə düşüb.

Cons Hopkins Universitetinin aprelin 13-də erkən saatlara olan məlumatına görə, dünyada 1,85 milyon nəfərin koronavirusa yoluxduğu təsdiqlənib, 114 mindən çox insan dünyasını dəyişib.

Amma real rəqəmlərin daha yüksək olduğu düşünülür. Xəstələrin sayılmasında fərqli metodlar, testlərin məhdud aparılması, bəzi hökumətlərin statistikanı qəsdən gizlətməsi real mənzərənin olduğu kimi üzə çıxmasını əngəlləyir.

Həftəsonu Birləşmiş Ştatlar koronavirusdan ən çox ziyan görmüş ölkəyə çevrilib. Artıq bu ölkədə 556 mindən artıq yoluxma, 22 mindən çox ölü sayı qeydə alınıb.

Avropada bəzi ölkələr hər gün yüzlərlə adamın vəfat etdiyini açıqlayırlar. Amma sərt karantin tədbirləri ölü sayının tədricən azalmasına səbəb olur.

İtaliyada 156 min yoluxma, 19 min 900 ölü, İspaniyada 167 min yoluxma, 17 min 200 ölü qeydə alınıb.

Fransa aprelin 13-də 14 min 400 dən çox insanın koronavirusdan vəfat etdiyini açıqlayıb. Britaniyada yoluxma sayı 85 min, ölü sayı 10 min 600-dən çoxdur.

Papanın çağırışı

Aprelin 13-də pravoslav kilsə liderləri video konfrans keçirərək gələn həftəsonu Pasxanı necə keçirməyi müzakirə edəcəklər. Pravoslav xristianlar bu il Pasxanı aprelin 19-da qeyd edir.

Aprelin 12-də Vatikanda çıxış edən Papa Francis pandemiya və onun iqtisadi təsirləri ilə mübarizədə qlobal həmrəyliyə, beynəlxalq sanksiyaları yüngülləşdirməyə, yoxsul ölkələrin borclarını azaltmağa, münaqişələrdə atəşkəsə çağırıb.

Roma Katolik Kilsəsinin başçısı “Urbi et Orbi” müraciətini boş Müqəddəs Piter Kilsəsindən edib. Adətən, papa kilsə qarşısındakı meydanda onminlərlə insan qarşısında çıxış edirdi.

Bir çox ölkələrdə hakim orqanlar dindarları pasxa təbrikləri üçün video xidmətlərdən istifadəyə çağırıb. Karantin, sosial məsafə qaydalarını pozanların ölümcül virusu yayacağı haqda xəbərdarlıq ediblər.

Prezident Donald Trump aprelin 14-də ölkə iqtisadiyyatının yenidən açılması məqsədilə işçi qrupu işə salacağını açıqlayıb.

Səhiyyə ekspertlərinin xəbərdarlığına görə, qadağalar tez qaldırılsa, yoluxma halları yenidən arta bilər. Həm də virus daşıyıcısını müəyyənləşdirəcək kütləvi testlər aparılmazsa, bu miqyas böyüyə bilər.

XS
SM
MD
LG