Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 15:03

Çexiyada yoluxanların sayı 5 min 500-ə yaxınlaşır


Praqada sirk ustası nömrə göstərir

Çexiyanın Səhiyyə Nazirliyi ölkədə koronavirusa 5 min 467 nəfərin yoluxduğunu, onlardan 112 nəfərin vəfat etdiyini, 301 nəfərin sağaldığını bildirir.

Ölkədə fövqəladə vəziyyət aprelin 30-dək uzadılsa da, bəzi məhdudiyyətlər yüngülləşdirilir. Səhiyyə naziri Adam Vojtech maska taxmaq məcburiyyətinə bəzi yeni istisnalar olunduğunu bildirib. Eyni maşında olan sürücü və sərnişin, eyni evdəndirsə maska taxmaya bilərlər. İctimai nəqliyyat vasitələrinin sərnişinlərdən tam təcrid olunmuş kabinədə əyləşən sürücüləri, yaşı 2-dən aşağı uşaqlar, zehni sağlıq problemləri, yaxud autizm spektrində olanlar üçün maska taxmaq məcburiyyəti aradan qaldırılıb.

Vojtech hökumətin bəzi idman növləri üzrə yarışmalara icazə verməsi haqda bir idman birliyinin açıqlamasını təkzib edib. O, yarışmalara qadağaların qaldığını söyləyib.

Aprelin 9-da ölkə ərazisində velosiped satışı və təmiri; bağçılıq; tikinti materialları; dəmir məmulatları sexləri yenidən açılıb. Gələn həftədən daha çox mağazanın açılacağı gözlənir. Amma buna pasxa bayramı günlərində hökumət qərar verəcək.

XS
SM
MD
LG