Keçid linkləri

Təcili xəbərlər
2020, 11 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 07:45

Azərbaycanda koronavirusa yoluxanların sayı minə yaxınlaşır


Həkim: 'Qızdırmalı xəstələrə adi maska ilə baxırıq, bizə tibbi spirt də verilmir'
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00

Həkim: 'Qızdırmalı xəstələrə adi maska ilə baxırıq, bizə tibbi spirt də verilmir'

Azərbaycanda indiyədək 926 nəfər koronavirusa yoluxub.

Bu barədə bugün, aprelin 9-da Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargahdan məlumat yayılıb. Məlumatda yazılıb ki, onlardan 101 nəfəri müalicə olunaraq sağalıb, 9 nəfər vəfat edib:

"816 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir", qərargahdan qeyd edilib.

Operativ qərargahdan verilən məlumata görə, son bir gün ərzində 104 şəxsin koronavirus (COVID-19) infeksiyasına yoluxduğu müəyyən edilib, 1 nəfər də ölüb: "COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949-cu il təvəllüdlü, şəkərli diabet və xərçəng xəstəsi olan vətəndaşın səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib və pasiyent vəfat edib. Onun ailə üzvləri, ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür".

Qurumun vurğuladığına görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 57 min 371 test aparılıb.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 88 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Artıq dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür.

Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən də ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxırlar. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.

XS
SM
MD
LG