Keçid linkləri

Təcili xəbərlər
2020, 12 İyul, bazar, Bakı vaxtı 04:15

Son gündə 105 şəxs koronavirusa yoluxub


Bakı sakinləri SMS icazəsinə necə alışır? - Sorğu
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Bakı sakinləri SMS icazəsinə necə alışır? - Sorğu

Son gündə Azərbaycanda 105 şəxs koronavirusa yoluxub.

Bu barədə məlumat bugün, aprelin 8-də Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargahın keçirdiyi mətbuat konfransında bildirilib.

"Bu göstərir ki, yoluxma artan xətt üzrə gedir", - deyə Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov vurğulayıb.

Beləliklə, ölkədə koronavirusa yoluxanların sayı 800-ü keçib.

"Hazırkı dövrədək ölkəmizdə 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 63 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib, 751 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir", -qərargahdan qeyd ediblər.

Günə 3 min test keçirilib

Son gündə Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 3 min civarında şəxs testdən keçirilib.

Bu da Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargahdan vurğulanıb. Qərargahdan deyilib ki, yaxın günlərdə gündəlik test sayını 5 minə çıxarmaq niyyətindədirlər.

Azərbaycanda bu vaxta qədər koronavirusla bağlı 53 min cavarında test keçirildiyi açıqlanıb.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 82 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Artıq dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür.

Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır. Martın 31-dən də aprelin 20-nə kimi paytaxt Bakıda metronun fəaliyyəti dayandırılıb. Həmin gündən qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxırlar. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.

XS
SM
MD
LG