Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:27

Rusiyada koronavirusa yoluxanların sayı kəskin artıb


Rusiyada kilsə, 7 aprel, 2020-ci il
Rusiyada kilsə, 7 aprel, 2020-ci il

Ötən sutka ərzində Rusiyada koronavirusa yoluxanların sayında kəskin artım qeydə alınıb – 1154 yeni yoluxma halı açıqlanıb. Operativ qərargahın məlumatına görə, yoluxma halları 43 regiondadır, bir sutkada 11 nəfər dünyasını dəyişib, 88 xəstə sağalıb.

Bu günədək Rusiyanın 81 regionunda 7 min 497 yoluxma baş verib. Onlardan 58 nəfərinin öldüyü, 494 nəfərin sağaldığı bildirilir.

Ölkədə koronovirus infeksiyası ilə bağlı 800 min nəfərin testdən keçirildiyi xəbər verilir. 185 min nəfər müşahidə altındadır.

Bu arada yayılmış məlumata görə, Moskva və Moskvaaltında evlərdə ödənişli testlər aparılacaq. Analizin qiyməti 1250 rubldur, tibbi personalın çağırılması bura daxil deyil.

Səfirliyin çağırışı

Rusiyanın ABŞ-dakı səfirliyi isə reyslərin təxirə salınması ucbatından Nyu Yorkdan Moskvaya qayıda bilməyənləri həmvətənlərinin evlərində qalmağı tövsiyə edib.

“Kəskin vəsait çatışmazlığına baxmayaraq, 47 vətəndaşın Nyu York yaxınlığındakı oteldə qalmasını maliyyələşdiririk. Amma sabahdan onlardan xahiş edəcəyik ki, ehtiyacı olanları qəbul etməyə razılaşmış həmvətənlərinin evlərində qalmağa razılaşsınlar”, – Rusiya diplomatik missiyasının rəhbəri Anatoli Antonov Facebook-da yazıb.

Səfirlik ABŞ-dan çıxmağı planlaşdıranları “Dövlət xidmətləri” portalının uyğun bölümündə qeydiyyata düşməyə çağırıb. Antonovun sözlərinə görə, bunu çox az adam edib, hətta bir təyyarənin göndərilməsi üçün belə yetərincə sərnişin yığılmayıb.

Rusiya ötən həftənin sonunda bütün beynəlxalq reysləri dayandırdığını açıqlayıb. Xaricdə isə 30 min rusiyalının təxliyə olunmağı gözlədiyi bildirilir. Nyu Yorkdan 50-dək rusiyalı çıxa bilməyib. Səfirlik onları aeroport yaxınlığında oteldə yerləşdirib.

Baş nazir Mixail Mişustin aprelin 6-da deyib ki, elə həmin axşam Rusiya sərhədlərindən kənarda qalmış vətəndaşlar üçün reyslər bərpa olunacaq. Amma bundan ötrü Rusiya hökumətinin yaratdığı saytda qeydiyyatdan keçmək lazımdır.

“Nastoyaşeye Vremya” Hindistanda, Tailandda, Yunanıstanda, Panamada, Filippin və Peruda qalmış rusiyalılarla danışıb. Hazırda onlarla rusiyalı Qvatemala kimi tibbi xidmət səviyyəsinin aşağı, polis özbaşınalığının yuxarı olduğu ölkələrdən çıxa bilmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG