Keçid linkləri

Təcili xəbərlər
2023, 05 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:58

Yoxsul ölkələrin borclarını yüngülləşdirməyə çağırırlar


Cənubi Afrika, 16 mart, 2020-ci il
Cənubi Afrika, 16 mart, 2020-ci il

100-dən artıq qlobal təşkilat, xeyriyyə qurumu dünyanın yoxsul ölkələrinin koronavirus pandemiyası ilə mübarizəsinə kömək məqsədilə onların borc ödənişlərini dayandırmağa çağırıblar.

Bəyanat Böyük 20-lik (G20) hökumətlərinə, Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına göndərilir. Bəyanatda bu il üçün borc ödənişlərini dayandırmaq, gələn illər ərzində borcları bağışlamaqla borc yüklərini azaltmaq təklif olunur.

“İnkişaf etməkdə olan ölkələr görünməmiş iqtisadi şok yaşayır, eyni zamanda təcili fövqəladə səhiyyə durumuyla üzləşiblər”, – “Jubilee Debt Campaign” təşkilatının direktoru Sarah-Jayne Clifton aprelin 7-də yayılmış bəyanatda bildirir.

25 milyard dollar

Britaniyada mənzillənən bu xeyriyyə təşkilatı bəyanatı imzalamış 140 qurum sırasındadır. Bəyanata Oxfam, Uşaqları Xilas edək (Save the Children) təşkilatları da imza atıb.

Kampaniyaçılar 69 yoxsul ölkənin ilin qalan hissəsi üçün borc ödənişlərini dərhal dayandırmağa çağırır. Bu, həmin ölkələr üçün 25 milyard dollardan artıq vəsait deməkdir, gələn ilə uzadılsa, 50 milyard dollar edər.

Bir gün sonra Böyük 20-liyin inkişaf etməkdə olan ölkələrdə koronovirusla mübarizə üzrə işçi qrupunun iclası keçirilməlidir.

BVF və Dünya Bankı artıq yoxsul ölkələrin digər ölkələrə borc ödənişlərini dayandırmağa çağırıb, amma bu ödənişlər sonrakı illərdə olunmalıdır.

Clifton deyir ki, belə bir addım pula qənaət, pulun koronavirusla mübarizə aparan ölkələrdə qalması demək olar.

Bəyanatda həmçinin səhiyyə böhranı bitincə də borc yükünü azaltmaq çağırışı yer alıb.

BVF artıq fövqəladə yardım kimi 50 milyard dollar ayıracağını bildirib və artıq 80 ölkə kömək üçün müraciət edib. Dünya Bankı da COVID-19-la mübarizə paketi kimi 14 milyard dollar təsdiqləyib.

XS
SM
MD
LG