Keçid linkləri

Təcili xəbərlər
2020, 12 İyul, bazar, Bakı vaxtı 10:22

'Tövbə' Cəmiyyətinin sədri vəfat edib


Hacı Əbdül

«Tövbə» Cəmiyyətinin sədri, Bakının Yasamal rayonunda yerləşən «İmam Hüseyn» məscidinin axundu Əbdül Almas oğlu Əbdülov (Hacı Əbdül) vəfat edib.

Bunu «İmam Hüseyn» məscidindən bildiriblər.

Məsciddən verilən məlumata görə, o, aprelin 5-dı gecə vəfat edib: «Son zamanlar onun ürəyində problem yaranmışdı, vəfat etməsinə də elə ürək çatışmazlığı səbəb olub», - məsciddən bildiriblər.

Ə.Əbdülov 1940-cı ildə Bakıda doğulub. 1989-cu ildə «Tövbə» Cəmiyyətini yaradıb və ona rəhbərlik edib.

1991-95-ci illərdə deputat olub. O, ötən əsrin 90-cı illərində siyasi proseslərə də qoşulub. 1990-1992-ci illərdə Azərbaycana rəhbərlik edən Ayaz Mütəllibovun fəal tərəfdarlarından olub. Son zamanlar isə yeni yaratdığı «Vətən Naminə Xalq Birliyi» Hərəkatına rəhbərlik edirdi.

XS
SM
MD
LG