Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 12:33

Martda valyuta satışı kəskin artıb


Dollar

Azərbaycan Dövlət Neft Fondu (ADNF) 2020-ci ilin martında satılan vəsaitin həcmini açıqlayıb.

Verilən məlumata görə, bu ilin mart ayında Fond 1 mlrd. 928.3 mln. ABŞ dolları satıb. Bu, bu ilin fevral ayı ilə müqayisədə 3.5, ötən ilin mart ayı ilə müqayisədə 3.2 dəfə çoxdur.

Müstəqil iqtisadçılar bunu son bir ayda dünyada neftin qiymətinin 2 dəfədən çox azalması və nəticədə Azərbaycan milli valyutasına təzyiqin artması ilə izah edirlər. Azərbaycanın ixracının təqribən 90 faizi neft və qazın payına düşür.

Multimedia

XS
SM
MD
LG