Keçid linkləri

2024, 04 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:34

COVID-19 orta yaşlılar üçün də təhlükəlidir


Bolqarıstan, 31 mart, 2020
Bolqarıstan, 31 mart, 2020

COVID-19-un yaratdığı xəstəlikdən təkcə yaşlıların deyil, orta yaşlıların da ölüm, yaxud ona yoluxma riski böyükdür. Bunu dünən – martın 31-də Britaniyada açıqlanmış yeni tədqiqat göstərir.

50 yaşlarında olan pasiyentlərin 8,2 faizi

Britaniya alimləri 3 min 600-dən artıq COVID-19 yoluxmasını, eləcə də virusun episentri sayılan Vuhandan repatriasiya olunmuş yüzlərlə vətəndaşın məlumatlarını tədqiq ediblər.

Onlar üzə çıxarıblar ki, ciddi infeksiya hallarında yaş əsas faktordur. Yaşı 80-dən yuxarı hər beş nəfərdən biri xəstəxanaya yerləşibsə, yaşı 30-dan az olanlarda bu, 1 faiz civarındadır.

Kliniki təsdiqlənməmiş, yəni yüngül, yaxud simptomların üzə çıxmadığı halların tədqiqi göstərib ki, 50 yaşlarında olan pasiyentlərin 8,2 faizi xəstəxanaya yerləşdirilib.

“The Lancet” Yoluxucu Xəstəliklər dərgisində dərc olunmuş araşdırmaya görə, Çində COVID-19 yoluxmalarının ölüm faizi 1,38 olub. Təsdiqlənməmiş yoluxmaları nəzərə alanda isə bu göstərici 0,66 faizə düşür.

Araşdırma müəllifləri deyirlər ki, bu göstərici əvvəlki dəyərləndirmələrdən əhəmiyyətli dərəcədə al olsa da, COVID-19 yenə də əvvəlki pandemik viruslardan qat-qat öldürücü sayılır.

“Bizim hesablamalar COVID-19-un qarşısını almağa çalışan istənilən ölkədə tətbiq oluna bilər”, – araşdırmanın həmmüəllifi, London İmperial Kollecindən Azra Ghani deyib.

Ölüm göstərici 4,8 faizdən az da ola bilər

Hazırda dünyada milyardlarla insan evdən çıxmır, hökumətlər yeni koronovirusun yayılmasını dayandırmağa çalışırlar.

İndiyədək dünya üzrə təsdiqlənmiş COVID-19 yoluxmalarının 4,8 faizinin ölümlə nəticələndiyi bildirilir.

Amma ekspertlər vurğulayırlar ki, genişmiqyaslı test aparmadan neçə adamın yoluxduğunu və sağaldığını söyləmək çətindir.

Yəni, həqiqi ölüm səviyyəsinin daha az da ola bilər.

“The Lancet”in araşdırması Çində xəstəxanaya yerləşdirilən yaşı 80-dən yuxarı olanların 18,4 faizinin dünyasını dəyişdiyini üzə çıxarıb. 40-49 yaşlıların 4,3, 20 yaşlarında olanların isə cəmi 1 faizi ölüb.

Müəlliflər hesablayıblar ki, dünya əhalisinin 50-80 faizi COVID-19-a yoluxa bilər. Amma bu hesablama əl yumaq, fiziki məsafə saxlamaq kimi davranışları nəzərə ala bilmir.

Professor Devi Sridhar deyir ki, bir çox adamın yoluxması ehtimalı Britaniya daxil olmaqla bir çox hökumətləri pandemiyanı yavaşıtmaq tədbirlərindən əl çəkməyə sövq edir.

XS
SM
MD
LG