Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 06:04

Belarusda koronavirusdan ilk ölüm qeydə alınıb


Alyaksandr Lukashenka (sağda) xokey oynayır, arxiv fotosu
Alyaksandr Lukashenka (sağda) xokey oynayır, arxiv fotosu

Belarus Prezidenti Alyaksandr Lukashenka ölkənin şərqindəki Vitsebsk şəhərində koronavirusdan bir teatr aktyorunun öldüyünü təsdiqləyib.

Qohumlarının martın 31-də AzadAvropa/AzadlıqRadiosuna bildirməsinə görə, Vitsebksdəki Milli Dram Teatrının aktyoru, 75 yaşlı Viktar Dashkevich-da virus aşkarlanıb və o, bir neçə gün öncə xəstəxanada dünyasını dəyişib.

“Əriylə birlikdə yaşamış həyat yoldaşı və qızı yaxşıdırlar, çünki immunitetləri güclüdür. Amma yazıq kişi sağ qalmadı. Onda kəskin pnevmoniya yaranmışdı, süni nəfəs aparatına qoşulmuşdu və həkimlər onu xilas etməyə çalışırdılar”, – Lukashenko söyləyib.

Lukashenka bunları martın 31-də parlamentin yuxarı palatası, Respublika Şurasının sədri Natallya Kachanava ilə görüşdə deyib.

Martın 31-dək Belasurda koronavirusa 152 nəfər yoluxub. Lukashenka pandemiyanın ölkədə pik həddə çatdığını deyib.

“Xəstəliklə bağlı rəqəmlərə baxanda onun pik həddə çatdığını hiss edirəm. Allaha dua edirəm ki, bu pik hədd Pasxaya qədər (19 aprel) keçsin”, – o vurğulayıb.

Lukashenka-nın fikrincə, ilin sonuna planlaşdırılan prezident seçkisini koronavirus pandemiyasına görə təxirə salmağa ehtiyac yoxdur.

Belarus mərkəzi bankı martın 30-da bildirib ki, epidemiyanın iqtisadi təsirləri ilə mübarizə məqsədilə Beynəlxalq Valyuta Fondundan 900 milyon dollar istəyəcək.

XS
SM
MD
LG