Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

Gürcüstan komendant saatı tətbiq edir, Ermənistan...


Rustavidə karantin rejimi, 31mart, 2020-ci il
Rustavidə karantin rejimi, 31mart, 2020-ci il

Gürcüstan hökuməti koronovirusun yayılmasını önləmək üçün gecə saatlarında komendant saatı tətbiq etmək qərarına gəlib. Baş nazir Giorgi Gakharia martın 30-da mətbuat konfransında deyib ki, “yeni koronavirus hallarındakı artım dinamikası həyəcan yaradır”.

3,7 milyon əhalisi olan Gürcüstandan indiyədək 100 yoluxma halı aşkarlanıb, ölən olmayıb.

Gakharia deyib ki, martın 31-dən başlayaraq axşam 9-dan səhər 6-dək komendant saatı qüvvədə olacaq. Bu müddətdə yalnız apteklər açıq olacaq.

Hökumət həmçinin “ümumi karantin” elan edib, sakinlərin yalnız vacib bazarlıq üçün evdən çıxmasına icazə verilir. Üç nəfərdən artıq adamın bir yerə yığışması yasaqlanıb, ictimai nəqliyyat dayandırılıb, yalnız taksilər işləyir, baş nazir deyib.

Ermənistanda yeni qanun tənqid olunur

Ermənistan parlamenti isə özünütəcriddə olan koronovirus xəstələrinin məsafədən monitorinqinə icazə verən qanun layihəsini birinci oxunuşda qəbul edib. Müxalifət bu addımı tənqid edir, gizliliyi pozduğunu bildirir.

Martın 16-dan Ermənistanda bir aylıq fövqəladə rejim elan olunub.

Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində ölkədə koronovirusa 58 yeni yoluxma qeydə alınıb və ümumi yoluxmaların sayı 482-yə yüksəlib. 3 milyon əhalisi olan Ermənistanda 3 nəfərin bu xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.

Sözügedən qanun layihəsinin martın 31-də ikinci və yekun oxunuşda qəbulu gözlənir.

Yeni qanun layihəsi hakimiyyətə məcburi özünütəcrid rejimində olan xəstələrin yerinə nəzarət üçün telekommunikasiya texnologiyasından istifadəyə icazə verir. Xəstələrin mümkün kontaktlarını müəyyənləşdirmək üçün onların telefon zənglərindən və digər şəxsi informasiyadan da istifadə oluna bilər.

Ədliyyə naziri Rustam Badasian layihəni parlamentə təqdim edərkən deyib ki, bu tədbir yalnız epidemiyayla bağlı fövqəladə vəziyyət müddətinə aid olacaq, telefon söhbətlərinə qulaq asmaq bura aid deyil.

Çexiyada xəstəlikdən 24 nəfər ölüb

Martın 30-da Çexiyada koronavirusa yoluxanların sayının 3 mini keçdiyi açıqlanıb. 24 nəfər dünyasını dəyişib.

Baş nazir Andrej Babis martın 30-da deyib ki, hökumət insanların hərəkətinin məhdudlaşdırılmasını daha 10 gün – aprelin 11-dək uzadıb. Babis martın 27-də deyirdi ki, hökumətin fövqəladə vəziyyəti daha 30 gün uzadacağını gözləyir. Mövcud fərmanın müddəti aprelin 11-də bitir.

Fövqəladə vəziyyətin uzadılmasına parlament qərar verməlidir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG