Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 23:04

Çində pandemiya azalır, ABŞ-da artır


Çində ticarət mərkəzinin girişi, 30 mart, 2020-ci il
Çində ticarət mərkəzinin girişi, 30 mart, 2020-ci il

Martın 31-də Çin yeni koronavirus infeksiyalarının sayında artım olduğunu bildirib. Bu, dörd günlük azalmadan sonra baş verir, amma yeni halların hamısının xaricdən gətirildiyi qeyd olunur.

Bu arada Birləşmiş Ştatlarda yoluxma hallarının sayı 163 mini keçib. Nyu Yorkda ölüm hallarının sayı “sarsıdıcıdır”.

Dünya ölkələri koronovirusun yayılmasını önləmək üçün görünməmiş addımlar atmaqdadır.

Çinin Milli Səhiyyə Komissiyası bəyanatında bildirib ki, martın 31-də 48 yeni yoluxma xaricdən gələn səyahətçilərdə aşkarlanıb.

Komissiya Vuhan şəhərində və ümumilikdə Hubey vilayətində cəmi bircə ölüm halının qeydə alındığını vurğulayır. Virus ötən ilin dekabrında məhz bu vilayətdə üzə çıxıb.

İndiyədək dünyada COVID-19 pandemiyasından 37 min 638 nəfər vəfat edib. Bu datanı ABŞ-dakı Johns Hopkins Universiteti toplayır.


Nyu York həyəcan təbili çalır

Dünyada yoluxma sayı 784 min nəfərə çatıb.

Birləşmiş Ştatlarda isə martın 30-dək 3 min 17 nəfər dünyasını dəyişib.

Nyu Yorkun qubernatoru Andrew Cuomo könüllü tibb işçilərinə təcili müraciət edərək deyib ki, Nyu York şəhərindəki böhran ABŞ-dakı digər icmaların tezliklə üzləşə biləcəklərindən xəbər verir.

“Xahiş edirik, Nyu Yorka gəlib bizə kömək edin”, – deyən Cuomo şəhərə əlavə 1 milyon tibb işçisi gərəkdiyini vurğulayıb. Ştatda ölü sayı 1200-ü keçib.

Martın 30-da ABŞ Prezidenti Donald Trump rusiyalı həmkarı Vladimir Putin-lə telefon söhbətində koronavirus pandemiyasını və neftin ucuzlaşmasını müzakirə edib.

Pandemiyanın iqtisadi təsirləri artıq artım proqnozlarına ciddi dəyişikliyə səbəb olub. Dünya Bankının martın 30-da bildirməsinə görə, koronavirus pandemiyası Çində və digər Şərqi Asiya ölkələrində artımı yavaşıdacaq, milyonlarla insan yoxsullaşacaq.

Bank bildirir ki, regionda artım bu il 2,1 faizə düşəcək, ötən ilsə 5,8 faiz olmuşdu.

Proqnozda o da etiraf olunur ki, qlobal iqtisadiyyatın belə vacib bir hissəsində azalma dünyanın qalan hissəsinə ciddi təsir göstərəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG