Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:21

Tibbi sığortanın tam tətbiqi 2021-ci ilin sonuna qaldı


Regionlarda tibbi sığortanın durumu necədir?
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

Regionlarda tibbi sığortanın durumu necədir?

Milli Məclisin dünən, martın 30-da keçirilən plenar iclasında «Tibbi sığorta haqqında» Azərbaycan Qanununun 4 maddəsinə dəyişikliklər edilib.

Prezident İlham Əliyev də bu gün, martın 31-də dəyişiklikləri təsdiq edib.

Qanuna əsas dəyişiklik ondan ibarətdir ki, icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə 2020-ci il yox, 2021-ci il ərzində mərhələli şəkildə tətbiq olunacaq.

Azərbaycanda «İcbari tibbi sığorta haqqında» Qanun 21 il əvvəl qəbul edilib. Ancaq indiyə kimi bütün ölkədə tətbiq edilməyib.

Prezident İ.Əliyev hələ 2007-ci il dekabrın 27-də Nazirlər Kabineti yanında Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı sərəncam vermişdi. İ.Əliyev bir də ondan 9 il sonra -2016-ci il fevralın 15-də bu agentliyin əsasnaməsini təsdiq etmişdi.

2017-ci ildən Azərbaycanın bir neçə rayonunda icbari sığorta pilot layihələr kimi yerinə yetirilir. Həmin ilin sonlarında, 2018-ci ilin büdcəsi müzakirə edilərkən vurğulanmışdı ki, bütün ölkədə 2019-cu ildə icbari sığorta sisteminə keçiləcəyi gözlənir. Prezident İ.Əliyev isə daha sonra, ötən ilin əvvəlində bu il, 2020-ci ildən icbari tibbi sığortanın tətbiq ediləcəyinin anonsunu vermişdi.

2020-ci ilin əvvəlində də prosesin mərhələli şəkildə il ərzində başa çatacağı açıqlanmışdı.

Multimedia

XS
SM
MD
LG