Keçid linkləri

Təcili xəbərlər
2020, 07 İyul, çərşənbə axşamı, Bakı vaxtı 00:17

Cəbhəçinin Ruhi Əsəb Xəstəlikləri Dispanserinə yerləşdirildiyi deyilir


Polis

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Aqil Hümbətovun Ruhi Əsəb Xəstəlikləri Dispanserinə yerləşdirildiyi bildirilib.

Bu barədə Aqil Hümbətovun ailəsi məlumat verib:

"Xəzər Rayon Polis İdarəsi ilə əlaqə saxladıq, Aqilin harada olduğunu soruşduq. Bizə telefon nömrəsi verildi. Həmin nömrəyə zəng vuranda bizə bildirdilər ki, Aqil Ruhi Əsəb Xəstəlikləri Dispanserinə yerləşdirilib. Başqa heç bir məlumat verilməyib".

Bu deyilənləri, hələlik, Bakı şəhəri Ruhi Əsəb Xəstəlikləri Dispanseri və Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

***

Bundan əvvəl verilən xəbərlərdə müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Aqil Hümbətovu mülki şəxslərin saxlayıb apardıqları bildirilirdi.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.

Partiyadan verilən məlumata görə, A.Hümbətov dünən, martın 29-da sosial şəbəkədə canlı efirə çıxaraq ölkə rəhbərliyini tənqid edib: «Aqil bəy dünən, martın 29-da xəstə övladını müalicə elətdirə bilmədiyi üçün prezidenti tənqid etdi. Bu gün, martın 30-da səhər saatlarında isə o, işə çağırılıb və gedib. Ailəsi onunla əlaqə saxlaya bilməyib və öyrəniblər ki, 4 nəfər mülkigeyimli şəxs onun qoluna girərək maşına mindirib və naməlum istiqamətə aparıblar. Axşam isə canlı efirdən sonra naməlum şəxs onu ölümlə təhdid etmişdi».

Bütün bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kəs tənqidi çıxışlarına görə təqib edilmir.

XS
SM
MD
LG