Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:26

Rusiyalılar banklardakı pullarını kütləvi çıxarmağa başlayıblar


Rusiya banklarının müştəriləri kütləvi şəkildə əmanətlərini və müddətli hesablarını bağlayaraq pullarının banklardan çıxarılmasına başlayıblar.

Bu barədə Rusiya Bankları Assosiasiyası nümayəndələrinin Rusiya Mərkəzi Bankının başçısı Elvira Nabiullinaya ünvanlanmış məktubunda məlumat verilir.

Bankirlər bildirirlər ki, əmanətçilərin hesablarını kütləvi bağlaması martın 25-dən başlanıb.

Həmin gün prezident Vladimir Putin koronavirusla bağlı yaranmış vəziyyət və görülən tədbirlər barədə çıxış etmişdi.

O bu çıxışında həm də bildirirdi ki, Rusiya banklarında 1 milyon rubldan (13 min dollar) çox olan əmanətlərdən 13 faiz vergi tutulacaq.

Daha sonra Kreml nümayəndələri bu tədbiri “sosial ədalətin bərpası” adlandırmışdılar.

Bankirlərin şikayət məktubunda deyilir ki, “bu tədbirin qaydası, müddəti və ən başlıcası kimlərin vergi ödəməli olacağı barədə hərtərfli informasiyanın verilməməsi müxtəlif şayiələrin yayılması ilə nəticələnib”.

Martın 1-ə olan məlumata görə Rusiyada əmanət hesabları da daxil, 600 milyon bank hesabları açılıb.

Bu hesablardakı pulun toplam məbləği 31,5 trilyon rubldur (400 milyard dollar). Bunun 57 faizi 1 milyin rubldan çox olan hesablarda saxlanır.

Amma Rusiya banklarının verdiyi məlumata görə belə hesablar cəmi 1 faiz təşkil edir.

Rusiya maliyyə naziri Anton Siluanov Putinlə görüşdən sonra deyib ki, sözü gedən vergi 2021-ci ildən qüvvədə olacaq və 2022-ci ildən tutulacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG