Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 09:08

Tibbi maskalar ƏDV-dən azad edilib


Prezident tapşırıq verdi, amma maska qıtlığı aradan qalxmadı
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

Prezident tapşırıq verdi, amma maska qıtlığı aradan qalxmadı

Prezident İlham Əliyev bugün, martin 27-də «İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı»nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Sözügedən sənəd Azərbaycan prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı ilə təsdiq edilmişdi.

Yeni fərmanda söhbət baxillər, steril, qeyri-steril əlcəklər və tibbi maskaların əlavə dəyər vergisindən azad edilməsindən gedir.

Bu fərman 2020-ci il iyunun 1-dək qüvvədədir.

Bəzi ekspertlər bu fərmanın imzalanmasının bir müddət gecikdiyini düşünürlər. Son aylar dünyada koronavirus təhlükəsi ilə bağlı tibbi maska və spirtə Azərbaycanda da tələbat artıb. Əhali apteklərdə onların tapılmamasından, tapılanda da bəzi hallarda qiymətlərinin artmasından şikayətlənirlər.

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 23 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Azərbaycanda indiyə qədər rəsmi şəkildə 122 şəxsdə koronavirus aşkarlandığı açıqlanıb. Onlardan 15 nəfərinin sağalıb evlərinə buraxıldığı, 3 nəfərin isə öldüyü deyilir. Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı 3 mindən çox şəxsin karantində saxlandığı açıqlanıb.

Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Operativ qərargah bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi barədə də qərar qəbul edib. Martın 24-dən etibarən isə Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.

Multimedia

XS
SM
MD
LG