Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 20:26

Kabildə dini məbədə hücum olub, azı 4 nəfər öldürülüb


Hücumda yaralanmış qadın

Silahlı qruplaşmaları izləyən SITE Kəşfiyyat Qrupunun məlumatına görə, hücuma görə məsuliyyəti İslam Dövləti qruplaşması üzərinə götürüb.

Bundan öncə isə Talibanın sözçüsü qruplaşmanın bu hücuma görə məsuliyyət daşımadığını açıqlayıb.

***

Əfqanıstan paytaxtı Kabilin qədim hissəsində sikh məbədinə silahlılar hücum edib, azı dörd nəfər öldürülüb. Parlamentdəki sikh azlığının üzvü Anarkali Honaryara dpa agentliyinə açıqlamasında belə deyib.

Daxili İşlər Nazirliyinin sözçüsü Tariq Arian mayın 25-də jurnalistlərə bildirib ki, müdafiə qüvvələri əks hücuma keçiblər və Qudvara adıyla tanınan dini məbəddə atışma davam edir.

“Adamlar içəridə qalıblar və təhlükəsizlik qüvvələri onları xilas etməyə çalışır”, – o söyləyib.

Silahlıların kimliyi hələlik, bəlli deyil.

Sikhilər bu mühafizəkar müsəlman ölkəsində islamçı ekstremistlər tərəfindən hədəfə alınır, genişmiqyaslı ayrıseçkiliyə məruz qalır.

Onların çoxu sikhilərin daha çox məskunlaşdığı Hindistandan sığınacaq istəyir.

XS
SM
MD
LG