Keçid linkləri

Təcili xəbərlər
2020, 07 İyul, çərşənbə axşamı, Bakı vaxtı 00:38

Özlərini virusdan qorumaq istədilər…


Arxiv fotosu

ABŞ-ın Arizona ştatında 60 yaşlarında bir cütlük televiziyada siyasətçilərin, xəbər aparıcılarının malyariyaya qarşı xloroxin adlı dərmanı reklam etməsini eşidib. Bu dərman bəzi virusları məhv edə bilsə də, hələlik, yeni koronavirusa qarşı effektli olmayıb.

NBC News xəbər verir ki, bu dərmanın adı cütlüyün balıq hövzəsini təmizlədikləri kimyəvi maddənin üstündəki yazıya bənzəyib. Həmin maddənin tərkibi sözügedən dərmanla eyni olsa da, adamlar üçün zəhərlidir.

“Bunu arxa rəfdə görüb düşündüm ki, TV-də danışdıqları maddə deyil bu? Xəstələnməkdən qorxurduq”, – adı çəkilməyən qadın televiziyaya deyib.

Cütlüyün həmin maddədən sodaya qarışdıraraq içdiyi bildirilir. Bununla koronavirusa yoluxmanı önləyəcəklərini düşünüblər.

Maddəni qəbul edəndən 30 dəqiqə sonra cütlük özünü pis hiss edib, təcili yardımla xəstəxanaya aparılıb.

Onların başı gicəllənib, qusmağa başlayıblar. Kişi xəstəxanada keçinib, qadının vəziyyəti ağırdır, xəstəxanadan bildirilir.

XS
SM
MD
LG