Keçid linkləri

Təcili xəbərlər
2020, 16 İyul, Cümə axşamı, Bakı vaxtı 07:45

İranla sərhəddə ölüm


Sərhəd. Foto arxiv

Azərbaycanla İran sərhədində iki şəxs həlak olub.

Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Məlumatda qeyd edilib ki, martın 19-u saat 22:20 radələrində Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı zastavanın xidməti ərazisində iki naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmaları müşahidə olunub: ««Dayan» əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb».

Açıqlamada habelə yazılıb ki, sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına odlu silahdan atəş açılıb: «Sərhəd naryadı tərəfindən «Dövlət sərhədi haqqında» Azərbaycan Respublikası Qanunun tələblərinə tam uyğun olaraq silah tətbiq olunmuş və hər iki sərhəd pozucusu zərərsizləşdirilib. Sərhəd pozucularının birinin üzərində «Vinçester» tipli tüfəng, digərinin üzərində «Glock» markalı tapança və 1 gecəgörmə cihazı, ərazidə patron gilizləri aşkar olunub. Hadisə yerində 2 böyük kisədə ümumi çəkisi təqribən 61 kq olan, əsasən heroin, tiryək və marixuanadan ibarət olan narkotik vasitələr aşkar olunub».

Açıqlamaya görə, hadisə yerinin yaxınlığında iki Azərbaycan vətəndaşı da saxlanıb.

DSX bildirib ki, İranın sərhəd nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxış keçirilərkən aldığı güllə yarasından hadisə yerində ölmüş şəxslərin həmin ölkənin vətəndaşları olmaları müəyyən edilib.

Bu açıqlamaya saxlanan Azərbaycan vətəndaşları, onların yaxınları və İran rəsmilərindən münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG