Keçid linkləri

Təcili xəbərlər
2020, 05 İyul, bazar, Bakı vaxtı 14:24

Azərbaycanda daha 3 şəxsdə koronavirus aşkarlanıb


Masallıda karantində saxlanılanlar etiraz edir
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Masallıda karantində saxlanılanlar etiraz edir

Azərbaycanda daha 3 şəxsdə koronavirus aşkarlandığı bildirilir.

Bu barədə bu gün, martın 17-də Azərbaycan Nazirlər Kabinetinin yanında Operativ Qərargah məlumat yayıb. Məlumatda yazılıb ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir: «Hazırda xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında olan bütün aktiv koronavirus xəstələrinin müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir».

Bununla da bu vaxta qədər Azərbaycanda rəsmi şəkildə koronavirusun aşkarlandığı şəxslərin sayı 28-ə çatıb.

Onlardan bir neçəsinin sağalıb evlərinə buraxıldığı, bir nəfərin isə öldüyü deyilir.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Bir müddət sonra bu virus Azərbaycanın qonşusu - İranda da özünü kəskin şəkildə göstərməyə başlayıb. Bundan sonra bir sıra ölkələr İranla sərhədi bağlayıb. Azərbaycan da ondan bir neçə gün sonra, fevralın 29-da iki həftəlik İranla dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar verdiyini açıqlayıb. Bu müddət sonra daha iki həftə uzadılıb. Bundan başqa, Türkiyə ilə Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri martın 15-dən etibarən müvəqqəti olaraq dayandırılıb. Martın 14-dən etibarən də Azərbaycan və Gürcüstan arasında dövlət sərhədi bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanıb. Sabah martın 18-dən etibarən isə Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri dayandırılmalıdır.

Hazırda, əsasən, İran və İtaliyadan qayıdan yüzlərlə şəxsin koronavirus şübhəsi ilə Azərbaycanda karantinə alındığı söylənir. Son bir neçə ayda dünyada bu virusdan 7 min civarında şəxsin vəfat etdiyi bildirilir.

XS
SM
MD
LG