Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:10

Azərbaycan ÜST-ə 5 milyon dollar ayırdı


COVID-19

Azərbaycan hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar maliyyə yardımı göstərib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ qərargahdan bildirilib.

Maliyyə vəsaiti ÜST-in «Strateji Hazırlıq və Cavab Planı» çərçivəsində «COVID-19 müraciəti» adlı Fonduna veriləcək.

Məlumatda deyilir ki, Azərbaycan qurumun qlobal miqyasda COVID-19 virusuna qarşı mübarizə səylərini yüksək qiymətləndirir. Eləcə də, ÜST-in COVID-19 virusu ilə bağlı tövsiyələrinin Azərbaycan tərəfindən nəzərə alındığı və tətbiq olunduğu bildirilir.

Martın 8-də ÜST ekspertlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Rəsmi məlumata görə Azərbaycanda da bu infeksiyaya 6 nəfər yoluxub, onların vəziyyəti sabitdir, bu virusdan ölüm hadisəsi qeydə alınmayıb.

XS
SM
MD
LG