Keçid linkləri

Təcili xəbərlər
2020, 05 İyul, bazar, Bakı vaxtı 14:19

Avropada ən isti qış yaşanır


Arxiv fotosu

Avropa ən isti qışını yaşayır, Avropa Birliyinin iqlim ekspertləri bildirirlər.

Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S) martın 4-də bildirib ki, 2019-cu ilin dekabrından 2020-ci ilin fevralınadək temperatur 1981-2010-cu illərdə yaşandığından 3,4 dərəcə selsi artıq olub.

Qışda isə 2015-2016-cı illərdəkindən 1,4 dərəcə artıq istilik qeydə alınıb.

Şimali və Şərqi Avropada istiləşmənin daha çox baş verdiyi vurğulanır.

C3S-in direktoru Carlo Buentempo deyib ki, bu tendensiya yalnız qlobal istiləşmə ilə izah oluna bilməz, ancaq onun da dəyişikliklərdə rolu az deyil.

“Özəlliklə tropik zonalardan kənarda mövsümi temperatur ildən ilə əhəmiyyətli şəkildə dəyişir”, – o söyləyib.

XS
SM
MD
LG