Keçid linkləri

Təcili xəbərlər
2020, 16 İyul, Cümə axşamı, Bakı vaxtı 06:27

Hindistan müsəlmanlarını nə gözləyir


Hindistan müsəlmanları zorakılıqdan sonra yaşadıqları yeri tərk edirlər

Hindistanın yeni vətəndaşlıq qanunu müsəlmanları bu ölkədən çıxarılma və digər təqib riskiylə üz-üzə qoyur. Bunu insan haqları ekspertləri ABŞ hökumətinə deyirlər. Bir çox müsəlmanlar sözügedən qanunu diskriminativ hesab edirlər.

Hindistanda təriqət zorakılığı üzrə alim Ashutosh Varshney ABŞ-ın Beynəlxalq Azadlıq Komissiyasında bildirib ki, Baş nazir Narendra Modinin hindu millətçilərinin müdafiə etdiyi qanun bu ölkənin tarixən inlküzliv və dünyəvi vətəndaşlıq təyinatını məhdudlaşdıra bilər.

Dekabrda qanunun qəbulu təriqətlərarası gərginliyi qızışdırıb. Bu qanun qonşu Banqladeş, Pakistan və Əfqanıstandan qanunsuz mühacirlərin Hindistan vətəndaşlığı almasını asanlaşdırır, ancaq müsəlmanlar bundan məhrumdur.

Qanunun qəbulundan sonrakı zorakılıqlarda onlarla adam öldürülüb.

Varshney təhdidin çox ciddi olduğunu vurğulayıb. “Konkret bir icmanın tam hindistanlı olmadığını, yaxud onun hindistanlı olmasına şübhələr yarandığını deyirsinizsə, zorakılığa yol açan mühit yaranır”, – o söyləyib.

Konqresdə dinləməni Beynəlxalq Azadlıq Komissiyası təşkil edib. Hindistan hökuməti tədbiri qərəzli adlandırıb.

Bu komissiya siyasət müəyyənləşdirmir, məsləhətçi orqan kimi çıxış edir.

Hindistanın Xarici İşlər Nazirliyi bildirir ki, qanun heç kəsin vətəndaşlığını almır, “din azadlığına həqiqətən sadiq olanlar onu alqışlamalıdırlar, tənqid etməməlidirlər”.

XS
SM
MD
LG