Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:24

İranda məktəblər bağlanıb


Məkkə, 27 fevral, 2020-ci il
Məkkə, 27 fevral, 2020-ci il

İran koronovirusla mübarizə məqsədilə bütün məktəbləri bağlayıb, bir sıra başqa tədbirlər də görüb.

Səhiyyə naziri Saeed Namaki martın 5-də mətbuat konfransında deyib ki, məktəb və universitetlərin hamısı İran yeni ili, yəni martın 20-dək bağlı qalacaq. Böyük şəhərlər arasında səyahətləri məhdudlaşdırmaq üçünsə nəzarət məntəqələri işə salınacaq.

“Adamlar buna səyahət fürsəti kimi baxmamalıdırlar. Onlar evdə oturmalı, xəbərdarlığımıza ciddi yanaşmalıdırlar”, – Namaki deyib.

İranda COVID-19 virusundan artıq 107 nəfər vəfat edib, 3 min 513 nəfər yoluxub.

Prezidenti Hassan Rohani martın 4-də deyib ki, koronavirus İranın vilayətlərinin hamısında aşkarlanıb.

Bir çox ekspertlər ölən və yoluxanların sayının daha artıq olmasından əndişələnir.

Bu həftə vilayət paytaxtlarının hamısında cümə moizələri təxirə salınıb.

***

Səudiyyədə yaşayanlar da Ümrə ziyarətinə buraxılmayacaq

Səudiyyə Ərəbistanı müqəddəs Məkkə şəhərinə Ümrə ziyarətini öz vətəndaşları üçün də qadağan edib. Səbəb Yaxın Şərqdə koronavirusun getdikcə daha sürətlə yayılmasıdır.

“Koronovirusun monitorinqini aparan komitənin tövsiyələrinə əsasən, krallıq vətəndaşları və rezidentləri üçün Ümrə ziyarəti təxirə salınır”, – SPA dövlət xəbər agentliyi martın 4-də Daxili İşlər Nazirliyindəki rəsmi mənbəyə əsasən xəbər verib.

Səudiyyə rəsmiləri fevralın 27-də əcnəbi vətəndaşlar üçün Ümrə ziyarətini, eləcə də Mədinədəki Peyğəmbər Məscidinə ziyarəti təxirə salmışdı.

Həcclə bağlı qərar yoxdur

Hər il Ümrə ziyarətinə onminlərlə müsəlman qatılır. Məkkəyə bu ziyarət həccdən fərqli olaraq ilin istənilən vaxtı gerçəkləşə bilər.

Səudiyyə Ərəbistanında COVID-19 virusuna iki yoluxma halı açıqlanıb. Yaxın Şərqdə virusun ən çox yayıldığı ölkə İrandır.

Səudiyyə vətəndaşlarının və rezidentlərinin Məkkə və Mədinəyə getməsinə icazə veriləcək, ancaq bir şərtlə ki Ümrə ziyarəti məqsədilə getməsinlər.

İndilik, həcc ziyarəti ilə bağlı qərar verilməyib. Hər il həcc ziyarətinə milyonlarla müsəlman gedir. Bu il Həcc iyulun axırı, avqustun əvvəlinə düşür.

İtaliya hökuməti isə martın 15-dək ölkədə məktəbləri, universitetləri bağlayıb. Artıq İtaliyada koronavirusdan ölənlərin sayı 100-ü keçib, 3 mindən artıq yoluxan var.

10 gün qabaq virusun ən çox yayıldığı şimal regionunda məktəblər, universitetlər qapadılmışdı. Virusun episentrində bir sıra şəhərlərdə karantin elan olunub.

İqtisadi artım azalacaq

Martın 4-də Macarıstan koronavirusa ilk yoluxma halını açıqlayıb. Hər ikisi bu ölkədə təhsil alan iranlılardır.

Dünya üzrə koronavirusdan 3 min 200-dən çox adam vəfat edib, 90 mindən çox yoluxub. Böyük əksəriyyət virusun qaynaqlandığı Çinin payına düşür.

Beynəlxalq Valyuta Fondunun başçısı isə deyir ki, virusun yayılması bu il üçün daha güclü iqtisadi artımla bağlı ümidləri puç edir.

Bolqarıstanlı iqtisadçı Kristalina Georgieva martın 4-də bildirib ki, BVF builki artımın 2019-cu ildə əldə olunmuş 2,9 faizdən aşağı olacağını proqnozlaşdırır.

“2020-ci ildə qlobal artım ötən ildəkində aşağı düşəcək, ancaq nə qədər düşəcək, hansı müddətə təsir göstərəcək, bunu proqnozlaşdırmaq çətindir”, – deyən Georgieva epidemiyanın “artıq regional deyil, qlobal reaksiya tələb edən qlobal problem olduğunu” söyləyib.

BVF daha öncə 2020-ci il üçün 3,3 faizlik artım proqnozlaşdırırdı.

Direktor zəif səhiyyə sistemi olan yoxsul və ortagəlirli ölkələrin virusla mübarizə apara bilməsi üçün 50 milyard dollarlıq fövqəladə yardım ayrılacağını vurğulayıb.

XS
SM
MD
LG