Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Qazaxıstan İrandan, Azərbaycandan gəmiləri qəbul etmir


Arxiv fotosu
Arxiv fotosu

Çində koronovirus zəiflədikcə, üzü qərbə – Yaxın Şərqə, Avropa və Birləşmiş Ştatlara yol alır.

Cənubi Koreya, İran, İtaliya və Yaponiyada yeni yoluxma və ölüm halları qeydə alınıb.

Martın 3-də İran ümumilikdə 2 min 336 yoluxma, 77 ölüm halını açıqlayıb. İran parlamentinin 23 üzvü, eləcə də ölkənin fövqəladə xidmətinin başçısı virusa yoluxub.

Qazaxıstan Xəzər dənizindəki Aktau və Kurık limanlarını İran və Azərbaycandan sərnişin daşıyan gəmilərin üzünə bağlayıb. Hökumət bunu koronovirusun yayılmasını önləmək üçün etdiyini deyir.

İtaliyada xəstəlikdən vəfat edənlərin sayı 79-a çatıb.

“Məscidə getməyin”

Cənubi Koreyada ümumilikdə 5 min 328 nəfər virusa yoluxub. Martın 3-də Ukrayna və Mərakeş ilk yoluxma hallarını açıqlayıb.

Əsasən müsəlman ölkəsi olan Tacikistan martın 4-də vətəndaşlarından xahiş edib ki, cümə günü məscidlərə getməsinlər. Bu ölkədə indilik, yoluxma halının baş verdiyi bildirilməyib.

Dünya üzrə koronovirusdan 92 mindən çox insan xəstələnib, 3 min 100 nəfər vəfat edib. Bu halların 95 faizi Çində baş verib.

Martın 3-də Birləşmiş Ştatlarda virusdan ölənlərin sayı 9-a çatıb, azı 15 ştatda 100-dən çox yoluxan var.

Bir çox hallarda yoluxmanın yüngül keçdiyi bildirilir.

Hökumətin virusa qarşı mübarizəsini maliyyələşdirəcək 7,5 milyard dollarlıq layihə Konqresdə müzakirə olunacaq.

Birləşmiş Ştatlarda koronovirus testlərinə çıxışın olmaması məyusluq yaradıb. Martın 3-nə olan məlumata görə, yalnız 54 ştat və yerli laboratoriya test apara bilib.

XS
SM
MD
LG