Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:27

İsraildə son 12 ayda üçüncü seçki keçirilir


İsraildə seçici
İsraildə seçici

Martın 2-də İsraildə son 12 ayda üçüncü parlament seçkisi keçirilir. Sağçı Baş nazir Benjamin Netanyahu yenidən bu posta seçilməyə çalışır və eyni zamanda cinayət ittihamları ilə üzləşir.

Seçkidən cəmi iki həftə sonra Netanyahu məhkəmə önünə çıxarılacaq. Ona yanvarda rüşvətxorluq, saxtakarlıq, etimadı sarsıtmaq ittihamları irəli sürülüb.

Rəy sorğularına görə, İsrail tarixinə ən uzunmüddətli lider kimi düşmüş Netanyahu-ya aprel və sentyabr seçkilərindən sonra da dəstək azalmayıb. O, vəzifədə ikən ittiham olunan ilk hökumət başçısıdır.

Yenə eyni çıxmaz?

Bir çox rəy sorğuları baş nazirin Likud partiyası ilə keçmiş ordu komandanı Benny Gantz-ın Mavi və Ağ partiyası arasında yenə də çox cüzi fərq yaranacağını göstərir.

Tərəflərdən heç birinin İsrail parlamentində – Knessetdə çoxluq üçün gərəkən 61 yeri qazanacağı gözlənilmir. Onların sabit koalisiyadan ötrü daha kiçik partiyalarla alyans yaratması tələb olunacaq.

Əvvəlki iki seçkidən sonra bu mümkün olmayıb. Yenə də oxşar siyasi çıxılmaz durum mümkündür. Üstəlik, ölkənin 6,4 milyonluq seçicisi arasında mövqeyini müəyyənləşdirməyənlər də az deyil.

70 yaşlı Netanyahu martın 17-də məhkəmə qarşısına çıxacaq. O, bir neçə min dollarlıq hədiyyə qarşılığında media maqnatına cəlbedici qaydalar təklif etməkdə, bunun əvəzində də özünə sərf edən media işıqlandırması qazanmaqda suçlanır.

Gantz isə İsrail üçün viziyon ortaya qoymadığına, daha çox özünü Netanyahu-nun rəqibi kimi göstərdiyinə görə tənqid olunur.

Bu seçki koronavirusun yayılmasıyla eyni vaxta təsadüf edir. İsraildə indiyədək 10 yoluxma halı qeydə alınıb.

Özünü karantində elan etmiş 5 min 600 israilli üçün xüsusi səsvermə kabinələri quraşdırılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG