Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 23:48

Azərbaycanı Samirə Əfəndi təmsil edəcək


Samirə Əfəndi

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Avroviziya-2020 beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adını açıqlayıb.

İTV-dən bildirildiyinə görə, bu il Azərbaycanı Rotterdamda (Niderland) Samirə Əfəndi təmsil edəcək.

Azərbaycanı təmsil edəcək ifaçının seçilməsi üçün 5 namizədin iştirak etdiyi qapalı kastinq keçirilib. Həmin namizədlər Samirə Əfəndi, Ləman Dadaşova, Elvin Novruzov, Cəbrayıl Rəsulov və Riyad Abdulov olub.

Təmsilçi beynəlxalq musiqi ekspertləri qrupunun səsverməsi əsasında müəyyən edilib.

S.Əfəndi daha öncədən də Avroviziya müsabiqəsinin seçim mərhələsində iştirak edib, amma birinci olmayıb.

Niderlandın Rotterdam şəhərində keçiriləcək və şüarı «Open up!» (Açıl!) olan Avroviziya-2020 mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 12 və 14-də, final mərhələsi isə mayın 16-da «Ahoy Arena»da reallaşmalıdır.

Xatırlatma

2019-cu ildə Azərbaycanı bu yarışda Çingiz Mustafayev «Truth» (Həqiqət) mahnısı ilə təmsil edib. O, yarışmanı 7-ci sirada başa vurub.

2012-ci ildə isə Avroviziya beynəlxalq mahnı müsabiqəsinə Azərbaycan ev sahibliyi etmişdi. 2011-ci ildə Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal «Running Scared» (Ürküb qaçan) mahnısı ilə bu yarışın qalibi olmuşdular.

Multimedia

XS
SM
MD
LG